Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:24

50-60 manatlıq iş yerləri…


«Elə ümidlə gəlmişdim ki, nəsə tapacağam»

«Elə ümidlə gəlmişdim ki, nəsə tapacağam»

Dekabrın 6-da Bakıda açılan əmək yarmarkasına gələnlərın sayı-hesabı yox idi. Yarmarkanın keçirildiyi Əl Oyunları Sarayının qarşısından bulvara qədər böyük növbə düzülmüşdü. İçəri keçmək istəyənlər üçünsə polis siyahı hazırlayırdı. Adamların adını-soyadını yazır, 10-15 dəqiqədən bir içəri çağırırdı.


Arabirsə polislər növbəyə düzülən adamları arxaya sıxışdırırdı: «Sizə deyirəm arxaya keçin!»


Növbəyə düzülənlər polisin bu siyahısından narazı idilər: «Bayaqdan dayanmışıq, hərə bir siyahı düzəldib, biz nə vaxt içəri keçə biləcəyik?»


İçəridəsə ayrı-ayrı şirkətlər, məşğulluq idarələri müxtəlif iş yerləri təklif edirdilər. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov deyir ki, yarmarkaya 7000 iş yeri çıxarılıb: «Bu, sayca 57-ci yarmarkadır. 57 yarmarka vasitəsiylə təxminən 6000-ə yaxın vətəndaş işlə təmin edilib».


İş yerləri siyahılarına baxanların çoxu az keçməmiş narazılıqla kənara çəkilirdi. Onları narazı salan təklif olunan iş yerlərinin maaşının çox aşağı olmasıydı:


- İş olmağına var, ancaq əməkhaqqı çox aşağıdır. 30-60 manat.


- İxtisasım həkimdir, iş axtarıram. Məbləğ çox aşağıdır, 50-60 manat. O da şəhərin kənarında.


- Mən inanmıram ki, kimsə burdan özünə iş tapsın. Lap 200 manat təklif eləsinlər, onunla kim özünü saxlaya bilər?


- 50-60 manat maaş, bu, nağıldır, heç yolpulunu ödəmir. Boş-boşuna camaatı aldadırlar.


- Qızıma iş axtarırdım. Hüquqşünas işi, kompyuterdə biri çıxdı, maaşı 100 manat.


- Elə ümidlə gəlmişdim ki, nəsə tapacağam. Heç olmasa, 150 manat maaş olsun. O da yoxdur, bayaqdan baxıram.


- 8 il əvvəl də gəlmişdim, dedilər, çağıracağıq, heç kim cağırmadı, hamısı əfsanədir.


Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov onu da deyir ki, indi Azərbaycanda işsizliyin səviyyəsi 6,2 faizdir. Ölkədə 600 mindən çox yeni iş yerləri açılıb. Ekspertlər həm işsizliyin belə aşağı səviyyədə olması, həm də iş yerlərinin çoxluğu barədə rəqəmləri ziddiyyətli sayırlar.


Günün bütün mövzuları

XS
SM
MD
LG