Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:36

Azərbaycan və İran «məhbuslar» ölkəsi sırasına daxil olub


Eynulla Fətullayev 8 il yarım azadlıqdan məhrum edilib
Eynulla Fətullayev 8 il yarım azadlıqdan məhrum edilib

Bu barədə Jurnalistləri Müdafiə Komitəsinin (JMK) 2007-ci ilin yekunları üzrə hesabatında deyilir.


Sənəddə göstərilir ki, iqtisadi problemlər İranı jurnalistlərə qarşı daha sərt cəza tədbirləri tətbiq etməyə məcbur edir. Onlardan biri, artıq qadağan edilmiş «Aso» gündəlik qəzetinin redaktoru Adnan Xassanpur dövlət əleyhinə təbliğat aparmaq ittihamı ilə ölüm cəzasına məhkum edilib.


Hesabatda deyilir ki, həbs edilmiş jurnalistlərin sayı Azərbaycanda da artaraq 9-a çatıb. JMK həbsdə olan jurnalistlər içərisində «Realnıy Azerbaydjan» və Gündəlik Azərbaycan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin adını xüsusi vurğulayır. Təşkilat bildirir ki, Eynulla Fətullayevi həmkarı Elmar Hüseynovun qətlini hakimiyyətin ört-basdır etməsi haqqında ətraflı materialının nəşrindən az sonra həbs ediblər.


Hesabatda daha sonra deyilir ki, dünyada həbs edilmiş hər altıncı jurnalist rəsmi ittiham olmadan həbsdədir, onlardan çoxu aylar və illərlə barmaqlıqlar arxasında qalır. Bəzi jurnalistlərin isə həbsdə saxlandığı yerlər ictimaiyyətə məlum deyil.


JMK bildirir ki, dekabrın 1-nə olan məlumata görə, hazırda dünyada 127 jurnalist həbsdədir. Çin ardıcıl olaraq 9 ildir ki, həbsdə olan jurnalistlərin sayına görə dünyada birinci yeri tutur. Jurnalistləri həbsdə saxlayan 24 ölkə siyahısında İran və Azərbaycanla yanaşı Kuba, Eritreya da yer tutur.


«Jurnalistlərin yalnız əsassız iddialarla həbsinə qanunçuluğun təzahürü kimi yanaşmaq lazım deyil. Bu, dövlətin tapşırığı ilə insanların cinayətkarcasına oğurlanmasından başqa bir şey deyil», - deyə JMK-nin icraçı direktoru Coel Saymon bildirib. «Düşünürük ki, 127 jurnalistin hər birini azad etmək lazımdır, lakin bizi onlardan ittiham irəli sürülmədən həbs edilənlərinin taleyi xüsusi narahat edir, belə ki, onlar çox vaxt çox pis şəraitdə, vəkilləri və qohumları ilə ünsiyyətdən məhrum edilərək saxlanılır».


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG