Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:10

Rus alimləri «Stalinizmin tarixi»ni yazır


Sovet diktatoru ilə bağlı birinci beş kitab ötən həftə çap edilib

Sovet diktatoru ilə bağlı birinci beş kitab ötən həftə çap edilib

Rusiyada sovet lideri Stalinin hakimiyyəti dövrünü araşdırmaq üçün yeni layihə başlayır. Layihənin müəllifləri tarixçi alimlərdir. Onlar qarşıdakı bir neçə ildə İosif Stalin barədə 100 kitab nəşr etməyi planlaşdırırlar.


Kolleksiya «Stalinizmin tarixi» adlanır. İdeyanın təşəbbüskarı kimi keçmiş prezident Boris Yeltsinin yaratdığı fond, Rusiya Dövlət Arxivi və başqa təşkilatlar çıxış ediblər.


Sovet diktatoru ilə bağlı birinci beş kitab ötən həftə çap edilib.


Stalin ötən əsrin 20-ci illərindən 1953-cü ilə-vəfatına qədər Sovet lideri olub. SSRİ-də kütləvi repressiyalar, xalqların deportasiyası, Sovet inzibati-amirlik sisteminin formalaşması və s. onun adı ilə bağlıdır. Ölümündən sonra Kommunist Partiyası onu şəxsiyyətə pərəstişdə ittiham edib və repressiyaya məruz qoyduğu şəxslərə bəraət verib.


Günün bütün mövzuları

XS
SM
MD
LG