Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:57

«Son 7 ildə qeyri-rəsmi nikahdan 100 mindən çox uşaq doğulub»


Çox zaman qeyri-rəsmi nikahlı ailələr dağılan zaman qadın uşaqları ilə küçədə qalır
Çox zaman qeyri-rəsmi nikahlı ailələr dağılan zaman qadın uşaqları ilə küçədə qalır

Azərbaycanda son illər qeyri-rəsmi nikahdan - dini kəbindən doğulan uşaqların sayı artır. Son yeddi ildə (2000-2006) ölkədə rəsmi qeydiyyatda olmayan evliliklərdən 108 min 651 uşaq doğulub. «Ekspress» 6 dekabr tarixli sayının manşet məqaləsində belə yazıb.


Statistika Komitəsinin məlumatına görə, son yeddi ildə ildə rəsmi evliliklərdən doğulanların sayı isə 765 min 337 nəfərdir. Başqa sözlə, bu illər ərzində dünyaya gələn uşaqların təxminən 12,4 faizi qeyri-rəsmi evliliklərin payına düşür.


Qəzet yazır ki, qeyri-rəsmi nikahların hüquqi qüvvəsi olmadığı kimi, bu cür nikahdan doğulan uşaqların da atasının müəyyən edilməsi kimi problemləri olur. Həmçinin, dini nikahla qurulan ailələr dağılan zaman əmlak bölgüsü, uşaqlara alimentin kəsilməsi və sair məsələlərdə problemlər yaranır.


«Çox zaman qeyri-rəsmi nikahlı ailələr dağılan zaman qadın uşaqları ilə küçədə qalır. Qadınların problemləri ilə məşğul olan hüquq müdafiəçiləri bildirirlər ki, qeyri-rəsmi nikahlar zamanı ən çox qadınların hüquqları pozulur. Dini kəbinlə qurulan ailələr və bu kəbinin cəmiyyətdə törətdiyi fəsadlar, rəsmi nikahın üstünlükləri ilə bağlı cəmiyyətdə zaman-zaman müzakirələr getsə də, bu müzakirələrin reallığa heç bir təsiri olmur. Əksinə, ildən-ilə rəsmi nikaha girənlərin sayı azalır və qeyri-rəsmi nikahla qurulan ailələr isə artır».


Hüquq müdafiəçisinin sözlərinə görə, problemdən çıxış yolu ancaq maarifləndirmə yolu ilə mümkündür. Maarifləndirmə cəmiyyətdə, qadınlar arasında, hətta yuxarı sinif şagirdləri arasında aparılmalıdır.


Deputat Gültəkin Hacıyeva «Üç nöqtə»yə deyib ki, yeni il ərəfəsində əfv fərmanı ola bilər.


Parlament üzvlərindən, hakimiyyət nümayəndələrindən və hüquq müdafiəçilərindən ibarət İşçi Qrupun toplantısında bu məsələ diqqət mərkəzində olub.


«Amma bəzi hüquq müdafiəçiləri İşçi Qrupun fəaliyyətini kəskin tənqid edərək bildiriblər ki, bu qurumun yaradılmasında məqsəd beynəlxalq təşkilatlar qarşısında imitasiya ilə məşğul olmaqdan ibarətdir. Lakin İşçi Qrupun üzvü, deputat Gültəkin Hacıyeva deyilənlərlə razılaşmır: «İşçi Qrupun fəaliyyəti göz önündədir. Bu gün onlarla insan məhz İşçi Qrupun səyi nəticəsində azadlığa buraxılıb. Bundan başqa, bəzi məsələlər də var ki, onlar da öz həllini tapıb. Yəni, insan haqları ilə bağlı müxtəlif problemlər İşçi Qrupda müzakirə edilib və həll olunub. Bu baxımdan hesab edirəm ki, İşçi Qrupun fəaliyyəti gələcək üçün də faydalı olacaq».


Xarici İşlər naziri Elmar Məmmədyarov dekabrın 5-də Norveçdə bir sıra görüşlər keçirib. Səfər çərçivəsində nazirin həmçinin Norveç Xarici Siyasət İnstitutunda görüşü təşkil olunub.


«Bizim Yol» un əldə etdiyi məlumata görə, bu görüşdə xarici işlər nazirinə Azərbaycanda insan haqlarının pozulması, mətbuata təzyiqlər və jurnalistlərin həbsi barədə suallar verilib.


Suallara cavabında E.Məmmədyarov ümumi sözlər işlətməklə kifayətlənib. Azərbaycanda mediaya heç bir təzyiqin olmadığını deyən E.Məmmədyarov hətta ölkəmizi qonşu dövlətlərlə müqayisə edib. Onun sözlərinə görə, Azərbaycan mətbuat azadlığı cəhətdən Gürcüstan və Ermənistandan irəlidədir. Jurnalistlərin həbsi məsələsinə gəlincə, Məmmədyarov bu məsələdə mətbuat nümayəndələrini günahlandırıb.


«Hər il həcc ziyarəti başlananda söz-söhbətlər də başlanır. Lakin bu mövzu müqəddəs borc olaraq yerinə yetirilən hərəkət kimi yox, daha çox başqa məqsədlərlə gündəmə gəlir». Bunu «Yeni Azərbaycan» yazıb.


«Ən böyük sual isə məhz budur: Onlar ziyarətə Allah xətrinə gedir, yoxsa biznes marağıyla? Hacıların Məkkədən qayıdışını izləyib bu qənaətə gələnlər var. Hətta haqlı da sayılırlar. Professor Şahlar Əsgərov İslam mədəniyyətinin banilərindən olan Həzrəti Əli Əleyhissəlamın 14 əsr bundan qabaq söylədiyi fikri uzaqgörənlik kimi qiymətləndirərək sitat gətirir: «Bir zaman gələr ki, Allahın evinə (Kəbəyə) həccə getməyi Allah xətrinə yox, başqa məqsədlərdən ötrü, ticarət, dünya mənfəəti üçün edərlər». Bundan çıxış edən qəzet belə bir sual qoyur «Görəsən, zaman o zamandırmı».


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG