Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:48

«Təzyiq ATƏT-in davranış mədəniyyətinə uyğun deyil»


«Dəyişikliklər nə qədər tez edilsə, bir o qədər yaxşıdı»

«Dəyişikliklər nə qədər tez edilsə, bir o qədər yaxşıdı»

«Dəqiq cavabı seçki vaxtı gələndə vermək olar». ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Kristian Ştrohal prezident seçkilərinin azad və ədalətli keçiriləcəyi ilə bağlı «Azadlıq» radiosunun sualına cavab verərkən belə deyib: «Biz çalışırıq ki, öz köməkliyimizi göstərək. Bir müddət əvvəl dinc formada sərbəst toplaşmaq azadlığının necə həyata keçirilməsiylə bağlı qaydalar toplusu hazırlamışıq. Ümid edirik ki, həmin toplu ATƏT üzvü olan ölkələrə sərbəst toplaşmaq azadlığının təmin edilməsinin ən yaxşı yolunun tənzimlənməsində kömək edəcək».


Seçki Məcəlləsinə düzəlişlərə gəlincə, cənab Ştrohal deyir ki, bu məsələdə onların Avropa Birliyi ilə yekdil mövqeləri var: «Biz seçki qanunlarına seçkiyə az qalmış dəyişiklik edilməsindən qaçmalıyıq. Düzəlişlər bir xeyli əvvəl edilməlidi ki, siyasətçilər, partiyalar, eləcə də inzibati orqanlar onlara uyğunlaşa bilsinlər. Dəyişikliklər nə qədər tez edilsə, bir o qədər yaxşıdı».


Əgər ATƏT qərara gəlsə ki, seçki ATƏT standartlarıyla keçməyib, sizin təşkilat tərəfindən hansısa sanksiyalar mümkündürmü? Bu sualın cavabında K.Ştrohal bildirib ki, təzyiq ATƏT-in davranış mədəniyyətinə uyğun deyil: «Bizim təşkilatın davranış mədəniyyətinin əsasını ATƏT üzvü olan bütün ölkələrdə öhdəliklərin başa düşülüb onlara əməl edilməsi üçün birgə fəaliyyət və əməkdaşlıq təşkil edir. Əgər siz istəyirsizsə, hansısa üzv ölkənin öz öhdəliklərinə, özü də təkcə fərdi yox, həm də ümumi öhdəliklərinə necə əməl etdiklərini müzakirə edəsiz, onda müzakirələr həm də başqa dövlətlərlə aparılmalıdır. Çünki hər bir dövlət təkcə öz üzərinə götürdüyü öhdəliklərə yox, həm də bütün digər ölkələrə cavabdehdir».


K.Ştrohal bildirir ki, ATƏT üzvü olan başqa ölkələrin Rusiyadan nümunə götürməsi ilə bağlı fərziyyələr irəli sürmək istəmir. Ancaq Moskvanın hərəkəti örnək olası yaxşı bir nümunə deyil.


Rusiya dekabrın 2-də keçirilən parlament seçkilərinə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçilərini buraxmayıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG