Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:51

«İttiham tərəfinin sübutları tamam saxtadır»


«Yuxarılar Qənimət Zahidi sevmir, ondan yazılarına görə intiqam almaq istəyirlər»

«Yuxarılar Qənimət Zahidi sevmir, ondan yazılarına görə intiqam almaq istəyirlər»

«Azadlıq» qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidin istintaqı başa çatıb. Bunu onun vəkilləri deyirlər. Ancaq jurnalistin vəkili Elçin Sadıqov deyir ki, işdə yalnız ittiham tərəfinin sübutları araşdırılıb. Onun fikrincə, ittiham tərəfinin sübutları tamam saxtadır: «Ekspertiza haqda qanunun 7-ci maddəsinə görə, ekspertiza obyektiv və müasir elmi əsaslara əsasən aparılmalıdır. Burda isə ekspertlər Vüsal Həsənovun sifətinə əlini çəkməklə müəyyən ediblər ki, onun almacıq sümüyündə daxili natamam sınıq var…»


Sadıqov deyir ki, ekspertiza prosesində iştirak etsələr də, onlara rəy təqdim edilməyib. Rəy onlara yalnız şifahi şəkildə çatdırılıb. Vəkil bildirir ki, ortada ciddi sübutlar olmadığı halda, həbs- qətimkan tədbirinin də dəyişdirilməməsi istintaqın sifarişlə aparıldığının göstəricisidir.


Müstəntiq Ceyhun Rəhimov isə deyir ki, istintaq obyektiv və hərtərəfli aparılıb. Ekspertiza rəyinin vəkillərə təqdim edilməməsinin səbəbini isə Rəhimov belə əsaslandırır:
- Onlar rəylə istintaq tam başa çatdıqdan sonra tanış ola bilərlər.
- Bəs istintaq başa çatmayıb?


- İstintaq yekunlaşmaq üzrədir. Mən əlavə heç nə deyə bilmərəm. İstintaq tam obyektiv aparılıb…
Hər halda müstəntiq vəkillərdən fərqli olaraq istintaqın başa çatdığını yox, yekunlaşmaq üzrə olduğunu deyir. Ancaq bu da vəziyyəti dəyişmir. Çünki qanunvericiliyə görə, vəkillərin istintaq başa çatmadığı təqdirdə belə, işdə istədikləri sənədlə tanış olmaq hüquqları var. Bir şərtlə ki, onlar istintaq sirrini yaymasınlar. Bütün hallarda işin yaxın vaxtlarda məhkəməyə veriləcəyi gözlənir. Ancaq «Far» İqtisadi-Siyasi Araşdırma Mərkəzinin rəhbəri Hikmət Hacızadə bildirir ki, Azərbaycanda ədalətli məhkəmə olmadığından vəziyyətin dəyişəcəyinə ümid çox azdır: «Yuxarılar nə sifariş versə, məhkəmə onu icra edəcək. Yuxarılar da Qənimət Zahidi sevmir, ondan yazılarına görə intiqam almaq istəyirlər».


Qənimət Zahid Cinayət Məcəlləsinin xuliqanlıq və qəsdən sağamlığa az ağır xəsarət yetirmə maddələri ilə ittiham edilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG