Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:06

Hüseyn Arabulun apellyasiya şikayəti bir həftəlik təxirə salınıb


Dekabrın 5-də Bakı Apellyasiya Məhkəməsində hakim Abdin Abdinbəyovun sədrliyi ilə «Barmek» şirkətinin prezidenti Hüseyn Arabulun və qurumun digər 6 üzvünün şikayətiylə bağlı məhkəmə prosesi başlanıb. Müdafiə tərəfinin bir neçə sənədin təmin olunmasıyla bağlı vəsatətindən sonra məhkəmə dekabrın 12-nə təxirə salınıb.


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Hüseyn Arabul mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtkarlığında təqsirli bilinərək 5 il şərti cəza alıb və 1 milyon 375 min manat cərimələnib. Digər əməkdaşlar da şərti cəza alıblar. Arabul cəzanın ləğvini və cərimənin üstündən götürülməsini istəyir.


XS
SM
MD
LG