Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:07

«Rusiyadakı seçkilərin nəticəsi şübhə doğura bilməz»


«Rusiya vətəndaşları seçimlərini sərbəst və demokratik şəkildə ifadə edə biliblər»

«Rusiya vətəndaşları seçimlərini sərbəst və demokratik şəkildə ifadə edə biliblər»

Rusiya hesab edir ki, Qərb institutlarının onun keçirdiyi seçkilərlə bağlı tənqidləri mübahisəli məsələdir. Bunu Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov dekabrın 5-də keçirdiyi mətbuat konfransında bildirib.


Dekabrın 2-də Rusiya Dövlət Dumasına keçirilmiş seçkilər ATƏT, Avropa Şurası da daxil olmaqla bir sıra təşkilatlar tərəfindən pislənilib.


İstratov isə deyir ki, bu məsələdə «kor-koranə fikir yürütmək düzgün deyil, belə ki, Rusiyadakı seçkilərin nəticəsi şübhə doğura bilməz».


Vasili İstratov: «Rusiya vətəndaşları seçimlərini sərbəst və demokratik şəkildə ifadə edə biliblər. Təsadüfi deyil ki, Azərbaycan ərazisində olan Rusiya vətəndaşlarının da böyük əksəriyyəti, təxminən 75 faizi «Vahid Rusiya»ya dəstəklərini tam səmimiliklə bildiriblər».


Səfir onu da deyib ki, Bakıdakı ruslar arasında səsvermənin nəticəsinə görə, ikinci yeri tutan Rusiya Kommunist Partiyası cəmi 6,7 faizlik dəstək toplaya bilib.


«Əlbəttə, biz hələlik konkret irad və aşkar olunmuş pozuntulara malik deyilik, lakin göstərilən pozuntular mübahisəli məsələdir və son nəticəyə təsir etmir», - deyə İstratov vurğulayıb.


Dekabrın 2-də Dövlət Dumasına keçirilən seçkilərdə hakim «Vahid Rusiya» Partiyası seçicilərin əksəriyyətinin səsini qazanıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG