Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:11

«İran hələ də təhlükə deməkdir»


«Bilirəm, kəşfiyyat idarəsi deyib ki, belə üsul fayda verir»
«Bilirəm, kəşfiyyat idarəsi deyib ki, belə üsul fayda verir»


ABŞ prezidenti Corc Buş deyir ki, İran hələ də təhlükə deməkdir. O, bildirib ki, Amerika kəşfiyyatının yeni hesabatına baxmayaraq, İranla bağlı bütün variantlar hələ də müzakirə olunur. Yeni hesabata görə, İran nüvə silahı proqramını dörd ildir ki, dayandırıb.


Corc Buş Vaşinqtonda – mətbuat konfransında deyib ki, milli kəşfiyyatın bu hesabatı həyəcan siqnalıdır və dünya İranın nüvə iddiası ilə bağlı ayıq-sayıq olmalıdır: «Mənə elə gəlir ki, hesabat bizim üçün imkan yaradır ki, beynəlxalq ictimaiyyətin bu məsələyə diqqətini bir az artıraq. Mən özüm İranın nüvə proqramını dayandırması üçün beynəlxalq ictimaiyyəti təşkilatlandırmağı davam etdirəcəyəm. Bilirəm, kəşfiyyat idarəsi deyib ki, belə üsul fayda verir. Ona görə də bizim hökumət tərəfdaşlarına izah edir ki, İranın üzərində beynəlxalq təzyiqi saxlamaq lazımdır».


İran isə cavabında deyib ki, onlar ümid edirlər ki, gün gələcək, Amerika kəşfiyyatı deyəcək ki, İranın neçə vaxtdır gətirdiyi arqument düz imiş; Tehranın nüvə planı ümumiyyətlə dinc məqsədlidir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG