Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 04:59

Azərbaycan Kubada səfirlik açdı


Dekabrın 2-də səfirliyin açı­lış mə­ra­si­mi keçirilib
Dekabrın 2-də səfirliyin açı­lış mə­ra­si­mi keçirilib

Azər­bay­can Ku­ba­da sə­fir­lik açıb. De­kab­rın 2-də ke­çi­ril­miş açı­lış mə­ra­si­min­də Ba­kı­dan İq­ti­sa­di İn­ki­şaf na­zi­ri Hey­dər Ba­ba­yev və Xa­ri­ci İş­lər na­zi­ri­nin müa­vi­ni Xə­ləf Xə­lə­fo­vun baş­çı­lı­ğı ilə bö­yük nü­ma­yən­də he­yə­ti qa­tı­lıb­lar.


Son bir il­də Azər­bay­can­da Ku­ba­ya döv­lət sə­viy­yə­sin­də ma­ra­ğın art­ma­sı diq­qət­dən ya­yın­mır. Öl­kə­lər ara­sın­da dip­lo­ma­tik əla­qə­lər 1992-ci il­də qu­rul­sa da, ak­tiv fa­za­ya in­di qə­dəm qo­yub. Rəs­mi tə­mas­lar 2006-cı ilin sen­tyabr ayın­da Xa­ri­ci İş­lər na­zi­ri El­mar Məm­məd­ya­ro­vun Kubaya sə­fə­rin­dən son­ra baş­la­dı.


Ötən il Ku­ba­nın tə­şəb­bü­sü ilə iki öl­kə XİN-lə­ra­ra­sı əmək­daş­lıq və xid­mə­ti pas­port sa­hib­lə­ri­nin vi­za­sız ge­diş-gə­li­şi ba­rə­də sa­ziş­lər im­za­la­nıb.


Ha­va­na­da Ku­ba rəs­mi­lə­ri ilə da­nı­şıq­la­rın­da Azər­bay­can nü­ma­yən­də he­yə­ti əsa­sən ener­ji və ti­ca­rət mə­sə­lə­lə­ri­ni mü­za­ki­rə edib. İq­ti­sa­di İn­ki­şaf na­zi­ri Hey­dər Ba­ba­yev Ku­ba­nın İq­ti­sa­di Mə­sə­lə­lər na­zi­ri Mar­yot Lo­mas­la gö­rüş­də bil­di­rib ki, «Ku­ba Azər­bay­ca­na dost­dan da ya­xın­dır və bey­nəl­xalq are­na­da dai­ma dəs­tək gös­tə­rir».


Tə­rəf­lər iq­ti­sa­di əmək­daş­lıq üz­rə Hö­ku­mət­lə­ra­ra­sı Ko­mis­si­ya­nın ic­la­sı­nı da ke­çi­rib və pro­to­kol im­za­la­yıb­lar. İki öl­kə­nin hü­quq mü­ha­fi­zə or­qan­la­rı da pe­res­pek­tiv­də bir­gə əmək­daş­lıq­la bağ­lı sə­nəd im­za­la­ya bi­lər.


Ba­kı­nın məq­sə­di Ku­ba ilə əla­qə­lə­ri möh­kəm­lən­di­rə­rək, in­ki­şaf et­dir­mək­dir.


Bəs Ku­ba Azər­bay­can üçün nə qə­dər va­cib­dir? Axı bu öl­kə bey­nəl­xalq dip­lo­ma­ti­ya­da o qə­dər də sa­bit de­yil, da­im şıl­taq­lıq­la­rı ilə yad­da qa­lır.


«Azad­lıq» ra­dio­su­nun sua­lı­nı ca­vab­lan­dı­ran Xa­ri­ci İş­lər na­zi­ri­nin müa­vi­ni Xə­ləf Xə­lə­fov de­yib: «Biz öz xa­ri­ci müt­tə­fiq­lə­ri­mi­zi va­cib və ya az va­cib ola­raq qrup­laş­dır­mı­rıq. Bu, ba­lans­lı si­ya­sət­dir və Ku­ba ilə əmək­daş­lıq Azər­bay­ca­nın ma­raq­la­rı­na uy­ğun­dur».


Ba­kı Ha­va­na ilə əmək­daş­lıq­dan ilk növ­bə­də si­ya­si plan­da, BMT və di­gər bey­nəl­xalq təş­ki­lat­lar­da dəs­tə­yə gö­rə ma­raq­lı­dır.


2004-cü il­də Azər­bay­ca­nın iş­ğal olun­muş əra­zi­lə­rin­də er­mə­ni­lə­rin qa­nun­suz fəa­liy­yə­ti ilə bağ­lı mü­za­ki­rə­lə­rin BMT Baş Məc­li­si­nin gün­də­li­yi­nə sa­lın­ma­sı­na da­ir bən­də dəs­tək ve­rən­lər ara­sın­da Ku­ba­nın Xa­ri­ci İş­lər na­zi­ri Fe­li­pe Pe­rez Ro­que də ol­muş­du.


Əvə­zin­də bir il son­ra Ba­kı BMT-də «ABŞ tə­rə­fin­dən Ku­ba­ya qar­şı qo­yul­muş iq­ti­sa­di, ti­ca­rət və ma­liy­yə em­bar­qo­su­nun so­na çat­ma­sı­nın zə­ru­rə­ti» ad­lı qət­na­mə­ni dəs­tək­lə­miş­di.


Bun­dan əla­və, Ku­ba «Qo­şul­ma­yan öl­kə­lər» hə­rə­ka­tı­nın baş­çı­sı ki­mi də Ba­kı­nın ma­ra­ğı­nı cəlb edir.


An­caq Azə­ray­ca­nın Ru­si­ya­da­kı keç­miş sə­fi­ri, po­li­to­loq Hik­mət Ha­cı­za­də he­sab edir ki, Azər­bay­ca­nın Ku­ba­ya ma­ra­ğı ola bil­sin, bu öl­kə­nin sər­həd­lə­ri­ni aşır. Be­lə ki, ucuz infrastruktura malik, həm də Rusiya ilə birbaşa kommunikasiyası olan, əsa­sən rus­dil­li Ka­rib re­gio­nu öl­kə­lə­ri Bakı üçün cəl­be­di­ci­dir və Ku­ba­da sə­fir­lik aç­maq­la Azər­bay­can hə­min re­gio­na çıx­maq is­tə­yir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG