Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:26

Dekabrın 3-də «Azadlıq» radiosunun Naxçıvanda işləyən əməkdaşı İlqar Nəsibov Naxçıvan Şəhər Məhkəməsinə dəvət edilib. Məhkəmədə ona bildiriblər ki, Naxçıvan Şəhər Polis İdarəsinin rəisi Səbuhi Novruzov ona qarşı şərəf və ləyaqətin təhqir edilməsi iddiası ilə məhkəməyə müraciət edib. Bu iddiaya səbəb kimi İlqar Nəsibovun ona təzyiq edilməsi barədə prezidentə göndərdiyi şikayət göstərilib.


Dekabrın 4-də məhkəmədə bu iddia üzrə keçirilən qısa araşdırma tərəflər arasında barışıqla nəticələnib. Polis rəisi iddiasını geri götürüb və bu iddia üzrə iş məhkəmə baxışı olmadan xətm edilib.


İlqar Nəsibovun saxlanması və yerinin hələ də məlum olmaması barədə mətbuatda verilmiş məlumatların heç bir əsası yoxdur.


Günün bütün mövzuları

XS
SM
MD
LG