Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:07

«Hər şeydən əvvəl hakimiyyətin mətbuat azadlığına münasibəti dəyişməlidir»


«Qanun» jurnalının baş redaktoru Şahbaz Xudoğlu
«Qanun» jurnalının baş redaktoru Şahbaz Xudoğlu

Azərbaycanın bəzi jurnalist təşkilatları hökumətdən israrla diffamisiya haqqında qanunun qəbulunu istəyirlər. Əslində, beynəlxalq təşkilatlar da Azərbaycanda belə bir qanunun qəbulunda maraqlıdırlar. Ancaq bir çoxları hətta diffamasiya haqda qanunun qəbulundan sonra da Azərbaycanda söz və mətbuat azadlığının vəziyyətinin yaxşılaşacağına inanmırlar. Ancaq bu barədə bir qədər sonra.


Dekabrın 4-ü diffamasiya haqqında qanunla bağlı dəyirmi masa keçirən Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli hesab edir ki, böhtana görə, məsuliyyətin Cinayət Məcəlləsindən çıxarılması jurnalistlərin ən azı həbslərinin qarşısını ala bilər: «Jurnalıst yazılarına görə, həbs edilməsin. Əgər yanlış yazıbsa, inzibati qaydada tənbeh edilsin. Təkziblə, cərimə ilə…»


Bəri başdan deyək ki, Azərbaycan hökuməti hələ ki, belə bir qanunun qəbuluna ciddi maraq nümayiş etdirmir. «Azərbaycan» qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqovun sözlərinə görə, nə qədər ki, Azərbaycan jurnalistikasında peşəkar ənənələr formalaşmayıb, insanlar əsassız yerə təhqir edilirlər, belə bir qanunun qəbuluna imkan vermək olmaz: «Onlar sözə görə həbs edilmirlər ki. Təhqirə, böhtana görə həbs edilirlər. Qanun qəbul olunsa, onlar məsuliyyətdən azad ediləcək və fəaliyyətlərini davam etdirəcəklər».


Ancaq Azərbaycanda mətbuatın vəziyyətinə heç bu qanunun prizmasından yanaşmayanlar da var. «Qanun» jurnalının baş redaktoru Şahbaz Xudoğlu deyir ki, Azərbaycanda jurnalistlərin həbsinə qanunvericiliyin problemi kimi baxmaq sadəlöhvlükdür: «Jurnalistlərin biri narkotikaya görə, biri terrora çağırış adı ilə, biri rüşvətlə bağlı, bir başqası da xüliqanlıq adı ilə həbs edilib. İnanmıram ki, qanunun qəbulundan sonra belə ənənələrin tətbiqi dayanacaq. Bu həbslər qanunvericiliyin mükəmməl olmaması ilə yox, söz və mətbuat azadlığının vəziyyəti ilə bağlıdır».


Xudoğlu hesab edir ki, hər şeydən əvvəl Azərbaycan hakimiyyətinin söz və mətbuat azadlığına münasibəti dəyişməlidir. Onda diffamasiya haqqında qanunun qəbulu bu istiqamətdə atılmış müsbət bir addım ola bilər. Şahbaz Xudoğlu deyir ki, əgər jurnalistikaya münasibət dəyişməsə, 100 qanunun qəbulu belə real vəziyyətə təsir etməyəcək. Yalnız yenə də bu istiqamətdə görüntü yaranacaq.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG