Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:40

İran nüvə proqramını dörd ildir ki, dayandırıb


İran özü isə nüvə silahı istehsal etməsiylə bağlı ittihamları qəbul etmir
İran özü isə nüvə silahı istehsal etməsiylə bağlı ittihamları qəbul etmir

Amerika kəşfiyyatının yeni hesabatında belə deyilir. Sənəddə bildirilir ki, bu ölkə nüvə silahını inkişaf etdirməyə Buş hakimiyyətinin ehtimal etdiyindən daha az qərarlı görünür.


Amma Amerikanın Milli Kəşfiyyatı bu nəticəyə gəlir ki, İran hələ də uranı zənginləşdirir və belə getsə 2010-15-ci illərdə nüvə silahı yarada bilər. İddia edilir ki, bunun üçün İranın kifayət qədər zənginləşdirilmiş uranı var.


Hesabatda deyilir ki, İran nüvə silahının əldə edilməsi istiqamətində fəaliyyətini beynəlxalq təzyiqlərə görə dayandırıb. Yəni, Tehran qlobal təzyiqlərə göründüyündən daha həssasdır.


Prezident Corc Buşun Milli Təhlükəsizlik üzrə müşaviri Stefen Hadli deyib ki, hesabat dövlət başçısının Tehran strategiyasını əks etdirir.


«Bu hesabat deməyə imkan verir ki, problem diplomatik yolla həll oluna bilər. Yəni heç bir güc işlədilmədən. Elə administrasiya da buna çalışır. Bu da onu göstərir ki, bu bizim strategiyamız düzdür. Biz intensiv beynəlxalq təzyiqlər edirik, eyni zamanda İranın maraqlarına uyğun danışıqlar aparırıq, həm də əminlik yaradırıq ki, dünya heç vaxt nüvə ilə silahlanmış İranla qarşılaşmayacaq».


Böyük Britaniya və Almaniyanın xarici işlər nazirləri də deyiblər ki, bu hesabat beynəlxalq ictimaiyyətin İrana təzyiqlərinə BMT vasitəsilə sanksiyalar qoymasına bəraət qazandırır.


İran özü isə nüvə silahı istehsal etməsiylə bağlı ittihamları qəbul etmir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG