Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 00:12

Bakı Yerevanın ittihamlarını qəbul etmir


Öz növbəsində Azərbaycan Yerevanı müvafiq anlaşmaları pozmaqda ittiham edir
Öz növbəsində Azərbaycan Yerevanı müvafiq anlaşmaları pozmaqda ittiham edir

Azərbaycan Ermənistanla əsirlərin dəyişdirilməsi barədə razılaşmadan yayınması haqda Yerevanın ittihamlarını qəbul etmir. Əsir, Girov və İtkin Düşmüşlərin İşi üzrə Dövlət Komissiyasının katibi Şahin Sayılov «Azadlıq» radiosuna bildirib ki, erməni əsirlərin qaytarılmaması həmin şəxslərin iradəsindən asılı olan məsələdir. Belə ki, hazırda komissiyanın dindirilməsində olan Valeri Süleymanyan ölkəsinə dönmək istəmir:


«Vətəndaşın arzusuna zidd olaraq onu zorla ölkəsinə verə bilmərik. Yalnız özü bunu istədiyi halda erməni əsirlərini günü sabah qaytarmağa hazırıq». Onun üçüncü ölkəyə getməsi ilə bağlı Bakı BMT-nin Beynəlxalq Miqrasiya Komissarlığına müraciət edib.


Digər əsir Ambartsum Asaturyan isə Müdafiə Nazirliyinin nəzarətindədir və bu yaxınlarda Rusiyada yaşayan anasının yanına getmək istəməsi barədə məktub yazıb. Komissiyadan bildirirlər ki, hazırda Bakıda daha bir erməni əsiri var, ancaq Ermənistan onu qəbul etmək istəmir. Belə ki, Abrik Abramyan ruhi xəstədir və Azərbaycan dəfələrlə onu geri qaytarmaq barədə təklif irəli sürüb.


Ermənistanın Əsir, Girov və İtkin Düşmüşlərin İşi üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Armen Kapyeryan dekabrın 3-də bəyan edib ki, Azərbaycan əsirliyindəki iki ermənini qaytarmır. O, Bakının bununla da əsirlərin dəyişdirilməsi barədə razılaşmanın icrasından yayındığını deyir. Öz növbəsində Azərbaycan Yerevanı müvafiq anlaşmaları pozmaqda ittiham edir. Belə ki, Şahin Sayılov bildirir ki, hazırda Ermənistanın əlində Azərbaycana qaytarmaq istəmədiyi iki vətəndaşı var. Onlardan biri ötən ilin dekabrında əsir düşmüş Samir Məmmədov, digəri isə bir neçə ay əvvəl girov götürülmüş Anar Əliyevdir.


2005-ci ildə Tbilisidə Azərbaycan, Ermənistan və Əsir və İtkin Düşmüşlər üzrə Beynəlxalq İşçi Qrup arasında iki ölkə əsirlərinin şərtsiz qaytarılması barədə üçtərəfli saziş imzalanıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG