Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:00

Pilotun səhhəti pisləşdiyindən uçuşa icazə verilməyib


Təyyarə Bakı aeroportundan sabah saat 8-ə yola salınacaq

Təyyarə Bakı aeroportundan sabah saat 8-ə yola salınacaq

Aşqabad-Bakı-Frankfurt reysilə uçan təyyarə dekabrın 3-də Bakı Hava limanına enib və onun uçuşuna icazə verilməyib.



Təyyarə Almaniyanın «Lufthanza» şirkətinə məxsusdur.



Azal Hava Yolları Konserninin Mətbuat Xidmətinin rəhbəri Məhərrəm Səfərli xəbəri «Azadlıq» radiosuna təsdiqləyib. Onun verdiyi məlumata görə, bu səhər içərisində 150 sərnişin olan təyyarənin ekipajı Bakı aeroportuna enməyə icazə istəyib. Bildirilib ki, pilotlardan birinin səhhətində problem yaranıb.


Sərnişinlərdən 15 nəfəri İstanbul-Vyana-London reysilə yola salınıb.


Məhərrəm Səfərlinin dediyinə görə, 135 sərnişinlə birgə təyyarə sabah saat 8-ə yola salınacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG