Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:06

ATƏT Rusiyada parlament seçkilərinə münasibət bildirdi


İlkin nəticələrinə görə, hakim Vahid Rusiya Partiyası 63,2 faiz səslə qələbə qazanır
İlkin nəticələrinə görə, hakim Vahid Rusiya Partiyası 63,2 faiz səslə qələbə qazanır

Rusiya Dövlət Dumasına dekabrın 2-də keçirilən seçkinin ilkin nəticələrinə görə, hakim Vahid Rusiya Partiyası 64,1 faiz səslə qələbə qazanır. Bülletenlərin artıq 97,8 faizinin hesablandığı bildirilir. Rusiya Mərkəzi Seçki Komissiyası parlamentin aşağı palatasına daha üç partiyanın Kommunist (11, 6 faiz səs), Liberal Demokrat (8, 2 faiz) və Ədalətli Rusiya (7,8 faiz) partiyalarının keçdiyi bəllidir.


Dövlət Duması seçkisinin rəsmi nəticələri dekabrın 7-8-də açıqlanacaq.


ATƏT Rusiyada parlament seçkilərinə ilk reaksiya verən beynəlxalq təşkilatlardan olub. Rəydə bildirilir ki, icra hakimiyyəti strukturlarının seçkilərə təsiri problem yaradıb. Avropa Şurası Parlament Assambleyasında ATƏT-in vitse-prezidenti Kimmo Kiljunen deyib ki, hakimiyyətin seçkiyə belə təsiri normal deyil və nəticələrdə özünü göstərir.


Almaniya kansleri Angela Merkel Rusiyada parlament seçkilərinin təşkilini tənqid edib. Kansler ATƏT-in Rusiyadakı seçkiləri izləmək üçün öz müşahidəçi missiyası göndərə bilməməsindən təəssüf edib. O, bunun üçün Rusiya tərəfinin kifayət qədər əməkdaşlıq nümayiş etdirmədiyini bildirib. Kansler deyib ki, Rusiyanı insan haqlarına əməl etməyə çağırmaq Avropanın borcudur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG