Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:17

Təbrizdə zəlzələ olub


Təbriz seysmik zonada yerləşir. Yeraltı təkanlar dəfələrlə bu şəhəri yerlə yeksan edib
Təbriz seysmik zonada yerləşir. Yeraltı təkanlar dəfələrlə bu şəhəri yerlə yeksan edib

Dekabrın 1-i gecə Təbrizdə iki zəlzələ baş verib. İranın rəsmi xəbərləri və «Royter» Agentliyinin məlumatına görə, ilk zəlzələ 3,9, ikincisi isə 4,6 bal gücündə olub. Zəlzələnin mərkəzinin Təbrizdən iki kilometr uzağa və şəhərin şimal-şərqindəki Əhər yolu üstünə düşdüyü bildirilir.


Yeraltı təkanlardan dəhşətə gələn Təbriz əhalisinin çoxu evlərini tərk edib, qar və şaxtaya baxmayaraq gecəni bayırda keçirməli olublar. Sakinlərin əksəriyyətinin minik avtomobillərində gecələməsi və işıqların sönməsi yollarda tıxac yaradıb.


Dağıntı və tələfat haqda hələlik məlumat verilmir. «İRNA» Agentliyinin bildirdiyinə görə, telefon xəttinin sıradan çıxması şəhərin müxtəlif yerlərinə yardım çatdırmağa və tələfat haqda dərhal məlumat əldə etməyə mane olur.


Təbriz seysmik zonada yerləşir. Yeraltı təkanlar dəfələrlə bu şəhəri yerlə yeksan edib. Təbrizdə ilk dəfə zəlzələ 1042-ci ildə baş verib. Həmin vaxt şəhərin 50 min əhalisi və tarixi memarlıq abidələrinin əksəriyyəti məhv olub. Təbriz XII əsrdə Atabəylər dövləti zamanı yenidən bərpa olunub.


1778-ci ildə baş verən daha bir dəhşətli zəlzələnin təsiri isə bu günə qədər Ərk qalası və Qoy məscidinin yarılmış divarlarında özünü göstərir.


Təbrizdə 1 milyon 700 min insan yaşayır. Şərqi Azərbaycan vilayətinin Sənədsiz Məskənlərə Nəzarət İdarəsinin hesabatına görə, onların 200 mini ətraf təpəliklər üzərində tikilmiş möhkəm bünövrəsi olmayan gecəqondularda yaşayır.


Hökumət adamlara evlərin təmiri üçün 5 milyon tümənə qədər (5 min dollar) borc verə bilər. Ancaq bu borcları qaytarmaq əksəriyyəti kasıb olan əhali üçün çətindir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG