Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:37

Türkiyə İraqın şimalında kürd yaraqlılarına zərbə endirib


Hərbi əməliyyatın keçirilməsi haqda qərar isə noyabrın 30-da Türkiyə hökumətinin iclasında qəbul edilib

Hərbi əməliyyatın keçirilməsi haqda qərar isə noyabrın 30-da Türkiyə hökumətinin iclasında qəbul edilib

Dekabrın 1-də Türkiyə ordusu İraqın şimalında hərbi əməliyyata başlayıb.


Məlumatı Türkiyə ordusunun Baş Qərargahı yayıb.


Məlumatda deyilir ki, əməliyyat İraqda yeri bəlli edilən 50-60 yaraqlıya qarşı aparılıb.


Türk hərbçiləri İraq ərazisinə keçməyiblər. Əməliyyat artilleriya və hərbi aviasiyanın dəstəyi ilə həyata keçirilib.


Oktyabrın 17-də Türkiyə parlamenti orduya İraqın şimalında kürd separatçılarına qarşı əməliyyat aparmağa icazə verib.


Hərbi əməliyyatın keçirilməsi haqda qərar isə noyabrın 30-da Türkiyə hökumətinin iclasında qəbul edilib.


Hazırda İraqla sərhəddə 100 minə qədər türk hərbçisi cəmləşib.


Kürd Fəhlə Partiyası – PKK 1984-cü ildən Türkiyənin cənub-şərqində kürd dövləti yaradılması uğrunda silahlı mübarizə aparır. O vaxtdan bəri müxtəlif toqquşmalar nəticəsində regionda bəzi hesablamalara görə, 37 mindən çox insan həlak olub.


Günün bütün mövzuları

XS
SM
MD
LG