Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:08

AXCP-nin Naxçıvan bölməsinin lideri İstanbuldan Moskvaya «deportasiya olunub»</a><font color=red> AUDİO</font>


Azərbaycan Xalq Cəbhəsi Partiyasının Naxçıvan bölməsinin rəhbərini iki gün əvvəl Türkiyəyə buraxmayıblar. O, İstanbula Moskvadan təyyarə ilə gəlmişdi. Lakin aeroportda ona səbəbini izah etmədən Türkiyə ərazisində qala bilməyəcəyini bildiriblər. Quliyevə səbəbləri Azərbaycanın İstanbuldakı konsulluğunda araşdırmağı tövsiyə ediblər. Eyni zamanda, onun pasportunu əlindən alaraq, həmin təyyarə ilə Moskvaya geri göndəriblər. Bu zaman müxalifətçinin pasportunu ekipaj üzvlərinə veriblər. Moskvaya çatdıqda Quliyevə bildiriblər ki, onun pasportunda rəsmi deportasiya haqqında ştamp yoxdur.


Moskvadan Quliyev Naxçıvana gəlib və yenidən avtobusla Sədərək sərhəd məntəqəsindən Türkiyəyə gedib. Sərhəddə heç bir problem olmayıb və o, maneəsiz bu ölkənin ərazisinə keçib.


Müxalifətçi özü hesab edir ki, İstanbul aeroportunda ona qarşı Azərbaycan və Naxçıvan Muxtar Respublikası hakimiyyətinin təşəbbüsü ilə provokasiya olub.


O. hesab edir ki, Muxtar respublika hakimiyyəti prezident seçkiləri ərəfəsində ona mənəvi-siyasi təzyiq göstərir. DİNLƏYİN


Günün bütün mövzuları

XS
SM
MD
LG