Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:01

GUAM ATƏT sədrliyinə Qazaxıstanın namizədliyini dəstəkləyir


Elmar Məmmədyarov, 29 oktyabr 2007

Elmar Məmmədyarov, 29 oktyabr 2007

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Madriddə ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı Ermənistanı «Qarabağ münaqişəsinə dini don geydirməməyə» çağırıb.


Cənab Məmmədyarov deyib ki, Ermənistan işğalçılıq siyasətini ört-basdır etmək istəyir və son vaxtlar bu ölkənin rəhbərləri münaqişəyə dini çalarlar əlavə etməyə, xristian-müsəlmanların qarşıdurması kimi təqdim etməyə çalışırlar. «Belə cəhdlər çox təhlükəli və yolverilməzdir. Xüsusilə də ATƏT məkanında bu cür addımların əsası yoxdur».


Məmmədyarov deyib ki, münaqişənin həlli olunması üçün əsas prinsip Azərbaycanın ərazi bütövlüyüdür.


Çıxışını daha sonra GUAM sədri kimi davam etdirən Məmmədyarov təşkilatın adından Qazaxıstanın 2008-ci ildə ATƏT-ə sədrliyinə dəstəyini elan edib.


Nazir habelə vurğulayıb ki, GUAM ərazisindəki münaqişələrin mahiyyəti eynidir.


Noyabrın 30-da Elmar Məmmədyarov Madriddə ABŞ dövlət katibinin müavini Nikolas Börns, Rusiya xarici işlər naziri Sergey Lavrov, NATO baş katibinin xüsusi nümayəndəsi Robert Simmonsla görüşlər keçirib


Günün bütün mövzuları

XS
SM
MD
LG