Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:23

Həmsədrlər tərəfləri danışıqların baza prinsiplərini qəbul etməyə çağırır


Azərbaycan həmsədrlərin Madriddə təqdim etdiyi sənəddə yeni heç nə olmadığını bildirir
Azərbaycan həmsədrlərin Madriddə təqdim etdiyi sənəddə yeni heç nə olmadığını bildirir

ATƏT-in Minsk Qrupunun (MQ) həmsədrləri Azərbaycan və Ermənistanı qısa vaxt ərzində Qarabağ danışıqlarının baza prinsiplərini qəbul etməyə çağırırlar. Bu barədə MQ-nun noyabrın 29-da verdiyi bəyanatda bildirilir.


MQ hesab edir ki, artıq hərtərəfli sülh müqaviləsinin hazırlanmasına başlanmalıdır.


Noyabrın 29-da Madriddə ATƏT Xarici İşlər Nazirləri Şurasının yığıncağından əvvəl Amerika dövlət katibinin müavini Nikolas Börns, Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Fransanın Xarici İşlər naziri Bernar Kuşner Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri ilə görüşüblər.


Hər üç həmsədr ölkənin yüksək təmsilçiləri münaqişənin dinc yolla həllinin «ədalətli və balanslaşdırılmış baza prinsiplərini» tərəflərə təqdim ediblər.


Bəyanatda vurğulanır ki, son üç ildə aparılmış danışıqlar nəticəsində tərəflərin mövqeləri əhəmiyyətli dərəcədə yaxınlaşıb və bu nailiyyətləri qorumaq vacibdir.


Həmsədrlər tərəflərdən xahiş edir ki, qoşunların təmas xəttində ATƏT-in apardığı monitorinqlərə mane olmasınlar. Qarşılıqlı etimadı möhkəmləndirsinlər. MQ hər iki ölkə hakimiyyətlərini əhalini sülhə hazırlamağa və müharibə bəyanatlarını dərhal dayandırmağa çağırır.


1992-ci ildə ATƏT xarici işlər nazirlərinin görüşündə yaradılmış Minsk Konfransı çərçivəsində fəaliyyət göstərən MQ həmsədrləri 1994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəs sazişinin imzalanmasından bu yana apardıqları danışıqlarda münaqişənin həlli bağlı bir sıra həll təklifləri irəli sürüblər. Lakin anlaşma əldə etmək mümkün olmayıb. Azərbaycan tərəfi həmsədrlərin Madriddə təqdim etdiyi sənəddə yeni heç nə olmadığını bildirir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG