Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:58

Prokurorluq Qənimət Zahidlə bağlı müraciətə cavab verdi


Pənah Hüseyn deyir ki, baş redaktorun həbsinə siyasi sifariş kimi baxmaq lazımdır
Pənah Hüseyn deyir ki, baş redaktorun həbsinə siyasi sifariş kimi baxmaq lazımdır

Respublika Baş Prokurorluğu «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid haqqında həbs-qətimkan tədbirinin dəyişdirmək niyyətində deyil. Millət vəkili Pənah Hüseyn jurnalistlərə belə deyib.


15-ə yaxın deputat baş prokuror Zakir Qaralova müraciət edərək Qənimət Zahid haqqında həbs-qətimkan tədbirinin dəyişdirilməsini xahiş edibilər. Pənah Hüseyn jurnalistlərə deyib ki, artıq baş prokurorun müavini Rüstəm Usubovun imzası ilə bu müraciətə cavab alıblar. Orada həbs-qətimkan tədbirinin dəyişdiriləcəyi ilə bağlı heç bir fikir olmayıb. Sadəcə məktubda istintaqın Qənimət Zahidə qarşı ittihamları əksini tapıb. Pənah Hüseyn jurnalistlərlə söhbətində cavab məktubundan təəssüfləndiyini bildirib.


Onun sözlərinə görə Qənimət Zahidi həbsdə saxlamağa heç bir lüzum yoxdur. Deputat deyib ki, baş prokurorluğun onların müraciətinə müsbət cavab verməməsi jurnalistin həbsi ilə bağlı əvvəllər səslənən ehtimalın təsdiqidir.


Onun sözlərinə görə, baş redaktorun həbsinə siyasi sifariş və peşə fəaliyyətinin nəticəsi kimi baxmaq lazımdır.


Qənimət Zahid xuliqanlıqda təqsirləndirilir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG