Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:42

«Neft pullarını Azərbaycana gətirməyin»


Arnold Harberger iki həftə ərzində Azərbaycanın iqtisadi vəziyyətini araşdıracaq

Arnold Harberger iki həftə ərzində Azərbaycanın iqtisadi vəziyyətini araşdıracaq

«Holland sindromu»ndan yayınmanın bir yolu var. Neft dollarlarını Azərbaycana gətirməyin». Bunu Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) baş məsləhətçisi, «Holland sindromu»nun tədqiqatçısı kimi tanınan Arnold Harberger noyabrın 30-da Bakıda keçirdiyi mətbuat konfransında bəyan edib.


Onun sözlərinə görə, neft gəlirlərinin ölkəyə axını xarici valyutanı dəyərdən salır, bu isə sərvətdən səmərəsiz istifadəyə yol açır. Halbuki, həmin pulları xarici banklarda saxlamaqla Azərbaycan həm əlavə gəlir qazana, həm də «ifrat təhlükədən» yayına bilər:


«Neft bumundan gələn gəlirlər ölkə daxilində o halda sərf olunar ki, onların geri qayıtma əmsalı xarici banklarda yerləşmədən daha yüksək olsun».


Cənab Harberger diqqəti həm də ona yönəldib ki, ölkədə valyuta məzənnəsinin tənzimlənməməsi də ölkədə qiymətlərin qalxmasına yol açır. Ekspert təklif edir ki, buna görə də Azərbaycan bir məhsuldan asılı olmamaq üzərində düşünməlidir.


Harberger Bakıya üç gündür gəlib. O, iki həftə ərzində ölkənin iqtisadi vəziyyətini araşdıracaq və USAİD-in həyata keçirdiyi layihələri öyrənəcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG