Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:38

2008-ci ilin dövlət büdcəsi qəbul olundu


2008-ci ilin dövlət büdcəsi 10 milyard 192 milyon manat olub

2008-ci ilin dövlət büdcəsi 10 milyard 192 milyon manat olub

2008-ci ilin dövlət büdcəsinin gəlir və xərcləri 9,9 milyon manat artırılıb. Bu barədə noyabrın 30-da Milli Məclisdə çıxışı zamanı Maliyyə naziri Samir Şərifov məlumat verib.


Nazir deyib ki, beləliklə, büdcənin gəlirləri 7 milyard 393 milyon manat, xərcləri isə 8 milyard 519 milyon manat təşkil edib. Şərifov dəyişikliklərin müzakirələr zamanı deputatların təklifi əsasında olduğunu bildirib.


Bununla da 2008-ci ilin dövlət büdcəsi 10 milyard 192 milyon manat olub.


Spiker Oqtay Əsədov deyib ki, dövlət büdcəsinin müzakirəsi zamanı 77 deputat və hökumət üzvü çıxış edib.


103 millət vəkili lehinə, 7 nəfər isə əleyhinə olmaqla qanun layihəsi qəbul olunub.


Gələn ilin büdcəsində ən böyük pay birbaşa investisiyalara ayrılır. İkinci yerdə müdafiə xərcləri gəlir.


Parlamentdə büdcənin müzakirəsi noyabrın 5-dən başlayıb.



Günün bütün mövzuları

XS
SM
MD
LG