Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:38

Mirzə Sakitin vəziyyəti olduqca ağırdır


«Qənimətin tutulmasından sonra ailəmiz böyük maddi sıxıntı içərisindədir»
«Qənimətin tutulmasından sonra ailəmiz böyük maddi sıxıntı içərisindədir»

Artıq 9 gündür aclıq edən Mirzə Sakitin vəziyyəti olduqca ağırdır. Bu barədə jurnalistin ailəsi noyabrın 29-da xəbər tutub. Bunu jurnalistin həyat yoldaşı Rəna Zahidova söyləyir.


Xanım Zahidova deyir ki, o, 14 saylı Cəzaçəkmə Müəssisəsinin rəisinə zəng edib yoldaşının vəziyyəti ilə maraqlanıb. Müəssisəsinin rəisi Ərşad Həsənov Mirzə Sakitin vəziyyəti ilə bağlı ona heç bir informasiya verə bilməyəcəyini bildirib.


Rəna Zahidova bununla bağlı Ədliyyə naziri yanında Penitensiar Xidmətə İctimai Nəzarət Komitəsinin üzvləri olan hüquq müdafiəçilərindən xahiş edir ki, cəzaçəkmə müəssisəsinə gedib vəziyyətlə maraqlansınlar. O, hüquq müdafiəçilərinin Mirzə Sakitlə birgə aclıq edən Fərəməz Allahverdiyev və Rustavelli Quliyevə də baş çəkmələrini xahiş edir.


Jurnalistin xanımı ailəsinin böyük maddi sıxıntı içərisində olduğundan həbsxanaya getməyə pul tapmadığın deyir: «Qənimətin tutulmasından sonra türməyə getməyə imkanımız yoxdur. Ailəmiz böyük maddi sıxıntı içərisindədir».


Mirzə Sakit Azərbaycan mətbuatına təzyiqlərə son qoyulması tələbi ilə aclıq aksiyasına başlayıb.


«Azadlıq» qəzetinin əməkdaşı, satirik şair Mirzə Sakit narkotik maddənin saxlanması ittihamı ilə 3 il azadlıqdan məhrum edilib. O, özü isə həbsinin jurnalistlik fəaliyyəti ilə bağlı olduğunu bildirir.


Beynəlxalq hüquq müdafiə təşkilatları jurnalistin həbsini pisləyir və onun azadlığa buraxılmasını tələb edirlər.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG