Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:52

Həmsədrlər tərəflərə kompromis layihəsini təqdim ediblər


Amerikalı həmsədr Metyu Brayza

Amerikalı həmsədr Metyu Brayza

Həmsədrlər Azərbaycan və Ermənistanın Xarici İşlər nazirlərinə Qarabağ danışıqlarının baza razılaşdırılması çərçivəsində əsas prinsiplər üzrə kompromis layihəsini təqdim ediblər.


Bu barədə Madriddə vasitəçilərlə nazirlər arasında aparılan danışıqlardan sonra məlum olub. Görüşdə üç həmsədrlə yanaşı, Rusiya ilə Fransanın Xarici İşlər nazirləri və ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Nikolas Berns də iştirak ediblər.


Amerikalı həmsədr Metyu Brayza ümid edib ki, prezidentlər Ermənistandakı seçkilərə qədər bu məsələləri həll edəcəklər. Onun sözlərinə görə, tərəflərə «təməl prinsiplər üzrə ən yaxşı güzəştlər layihəsi» təklif olunub.


Bu görüş ATƏT Xarici İşlər Nazirləri Şurasının 15-ci illik konfransı çərçivəsində keçirilib.


Həmsədrlər ötən ay Bakı və Yerevana səfər etmişdilər. Azərbaycan tərəfi bildirir ki, danışıqlar beş aydı ki, bir yerdə dayanıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG