Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:46

Azərbaycanla Rusiya silah alqı-satqısı barədə danışıq aparırlar


«Ermənistandakı silah-sursat heç bir halda Azərbaycana qarşı istifadə oluna bilməz»

«Ermənistandakı silah-sursat heç bir halda Azərbaycana qarşı istifadə oluna bilməz»

Azərbaycanla Rusiya hərbi texnika alqı-satqısı barədə danışıq aparırlar. Bu barədə Rusiyanın Bakıdakı səfiri Vasili İstratov noyabrın 29-da bəyan edib.


Rusiyanın Müdafiə naziri Aleksandr Serdyukovun Azərbaycana səfəri zamanı iki ölkə hərbi kadr hazırlığı barədə də anlaşıblar.


Cənab İstratov Rusiyanın Gürcüstandakı hərbi bazalarının Ermənistana köçürülməsi ilə Azərbaycanın narahatlıqlarına əsas görmür. Onun sözlərinə görə, söhbət rus hərbi texnikasının yerdəyişməsindən gedir və Moskva Ermənistan ərazisində ikinci hərbi baza yaratmayacaq:


«Dəfələrlə bəyan etmişik ki, Rusiyanın Ermənistandakı hərbi bazalarında mövcud olan silah-sursat və hərbi texnika heç bir halda Azərbaycana qarşı istifadə oluna bilməz. Belə ki, onlar Rusiya hərbi qulluqçularının sərəncamındadır».


Qəbələ RLS-in gələcək taleyinə toxunan Rusiya səfiri vurğulayıb ki, stansiya 2012-ci ildən sonra da istifadə edilə bilər. Həmin stansiyanın icarə müqaviləsi 2012-ci ildə başa çatır.


Rusiyanın Müdafiə naziri Aleksandr Serdyukov noyabrın 26-da Azərbaycana gəlib. Səfər iki gün çəkib.


Günün bütün mövzuları

XS
SM
MD
LG