Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:47

2007-ci ilin rekordu: Bu il dünyada 171 KİV nümayəndəsi həlak olub


Yapon jurnalisiti Kenji Nagai çəkiliş apararkən qətlə yetirilib. 27 sentyabr 2007-ci il
Yapon jurnalisiti Kenji Nagai çəkiliş apararkən qətlə yetirilib. 27 sentyabr 2007-ci il

2007-ci ildə dünyada jurnalist ölümü rekord həddə çatıb. Bunu İnformasiya Təhlükəsizliyi üzrə Beynəlxalq İnstitut (İnternational News Safety İnstitute - İNSİ) açıqlayıb.


Bildirildiyinə görə, yanvarın 1-dən noyabrın 28-dək 35 ölkədə 142 jurnalist və KİV-də çalışan 29 müxtəlif əməkdaş (sürücülər, tərcüməçilər və texniki işçilər) həlak olub.


Bu rəqəm 2006-cı ildəki göstəricini (106) kölgədə qoyur.


İnstitutun açıqlamasında qeyd edilir ki, KİV əməkdaşlarının 121 nəfəri öz vəzifələrini yerinə yetirərkən həlak olub, 15 nəfəri təsadüfi güllə yarasından, 34-ü isə yol və aviasiya qəzalarında dünyalarını dəyişib. Bir nəfərin ölüm səbəbi isə məlum deyil.


İNSİ-nin açıqlamasına görə, keçən il KİV əməkdaşlarının əksəriyyəti İraqda (64 nəfər) ölüb (Müharibə başlayandan bu ölkədə ölən KİV əməkdaşlarının sayı 235-dir). Bu siyahıda ikinci yerdə Şri-Lanka (6 nəfər) gedir. Əfqanıstan, Meksika, Hindistan və Filippinin hər birində 5, Pakistan, Somali və Haitinin hər birində 4 nəfər ölüb.


İNSİ-nin məlumatında qeyd edilir ki, 1996-cı ildən 2007-ci ilin ortalarına qədər dünyada vəzifəsini yerinə yetirərkən ən azı 1200 KİV əməkdaşı dünyasını dəyişib. Onların üçdə ikisini öldürüblər. «Media forum»


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG