Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:19

«Jurnalistlərin mitinqi qanun çərçivəsində olsa, onu normal qarşılayarıq»


Jurnalistlər həmkarlarının həbsinə, söz və mətbuat azadlığının boğulmasına etiraz edirlər

Jurnalistlər həmkarlarının həbsinə, söz və mətbuat azadlığının boğulmasına etiraz edirlər

«Azərbaycan hakimiyyəti jurnalistlərin, ictimai təşkilatların insan haqlarının müdafiəsi ilə bağlı dekabrın 8-də keçirəcəyi icazəli mitinqə etiraz etmir». «Üç nöqtə» yazır ki, bunu Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov açıqlamasında bildirib.


«Əgər bu tədbir qanun çərçivəsində keçiriləcəksə, biz onu normal qarşılayarıq»-deyə şöbə müdiri vurğulayıb.


Aksiya təşəbbüskarı olan QHT və media qurumları Azərbaycanda insan haqlarının pozulmasına, jurnalistlərin həbsinə, söz və mətbuat azadlığının boğulmasına etiraz edirlər.


Əli Həsənovsa deyir ki, Azərbaycanda insan haqları ilə bağlı həyəcan təbili çalınmasına ehtiyac yoxdur. Onun fikrincə, medianın problemlərində siyasi səbəblər axtarmaq düzgün deyil. Həsənov əlavə edib ki, hakimiyyət mətbu orqanların sərbəst fəaliyyət göstərməsinə şərait yaradıb, ona görə də söz azadlığının boğulmasından söhbət gedə bilməz.


Şöbə müdiri bildirib ki, hakimiyyət mətbuatın inkişafına yardım məqsədilə proqram üzərində işləyir və gələn ildən onun icrasına başlanılacaq. Bu proqram çərçivəsində mətbu orqanlara maddi yardımlar göstəriləcək, onların reklam bazarının tənzimlənməsinə səy göstəriləcək.


«Bu ilin 10 ayında axtarışda olan 3151 nəfər, o cümlədən MDB və digər xarici ölkələrdə gizlənmiş 94 təqsirləndirilən şəxs tutulub». Noyabrın 28-də Daxili İşlər Nazirliyində keçirilən müşavirədə belə deyilib. «Ekspress» yazır ki, nazirlik rəsmiləri bildiriblər ki, «qara bazar»da ümumi dəyəri təxminən 2 milyon ABŞ dolları olan 295 kiloqrama yaxın narkotik vasitə götürülüb.


Dövlət qəzetləri xəbər verirlər ki, Moskvadakı «Mir» kino-konsert salonunda Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi tərəfindən təşkil edilmiş tədbir keçirilib. Bu tədbir çərçivəsində Nümayəndəliyin rəhbəri Leyla Əliyeva ilə görüş olub. Görüşdə Rusiyanın 40 regionunu təmsil edən gənclər təşkilatlarının fəalları, diaspor rəhbərləri iştirak ediblər.


«Azərbaycan» yazır ki, tədbirdə Leyla Əliyeva çıxış edib. «Bizim hər birimiz harada olsaq da, Azərbaycana çox xeyir verə bilərik. Biz əlbir olsaq, daha böyük uğurlar qazanarıq»-deyə, Əliyeva bildirib.


Günün bütün mövzuları

XS
SM
MD
LG