Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:32

«Fərhad Əliyevin səhhətində problemlər qalır»


«Fərhad Əliyevin səhhətindəki problemlər qalır. Biz onun dərhal müayinə və müalicə olunmasını tələb edirik». Bu sözləri «Azadlıq» radiosuna keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin vəkili İsaxan Aşurov deyib.


Noyabrın 27-i və 28-də Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanan Fərhad Əliyevlə görüşən vəkil bildirir ki, əgər yaxın zamanlarda keçmiş nazirin müalicəsi başlanmasa, onun səhhətindəki problemlər daha da kəskinləşə bilər.


Vəkil Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin Fərhad Əliyevlə bağlı çıxardığı hökmdən apelyasiya şikayəti verdiklərini də bildirir: «Biz Apelyasiya Məhkəməsindən əməlində heç bir cinayət tərkibi olmadığı üçün Fərhad Əliyevə bəraət verilməsini və onun Avropa İnsan Haqları Konvensiyasında nəzərdə tutulan haqlarının pozulmasının tanınmasını xahiş edirik».


Keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyev 2005-ci ilin oktyabrında həbs edilib. İstintaq öncə ona dövlət çevrilişi maddəsilə ittiham irəli sürsə də, sonradan məhkəmənin hökmü ilə 10 il azadlıqdan məhrum edilib.


Vəkilləri Fərhad Əliyevin kəskin ürək ağrılarından əziyyət çəkdiyini bildirirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG