Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:24

Serdyukova Qəbələ RLS-in döyüş hazırlığı barədə məlumat verilib


Rusiyanın Müdafiə naziri Anatoli Serdyukov Qəbələ RLS-də olub

Rusiyanın Müdafiə naziri Anatoli Serdyukov Qəbələ RLS-də olub

Qəbələ RLS məsələsi Rusiya Müdafiə nazirinin Bakı danışıqlarında əsas mövzu olub. Bunu Rusiya Müdafiə nazirinin mətbuat katibi Aleksey Kuznetsov Anatoli Serdyukovun Qəbələyə səfərindən sonra bəyan edib.


Mətbuat katibi deyib ki, nazir obyektlə tanış olub, RLS-in döyüş hazırlığı barədə məlumat alıb. Ona bildiriblər ki, burda şəxsi heyət növbəlilik çəkir, obyekt tam hazır vəziyyətdədir.


Bu, Rusiyanın yeni Müdafiə nazirinin Azərbaycana və Qəbələyə ilk səfəri idi. O, baş nazir Artur Rasizadə ilə görüşüb.


Baş nazir bildirib ki, Bakı Moskvadan kömək umur ki, Rusiya öz imkanlarından və təsir rıçaqlarından istifadə edib Ermənistanı Azərbaycanın ərazilərini boşaltmağa sövq etsin. «Problemin həll olunmaması Azərbaycanın iqtisadiyyatına ağır yükdür. Biz sülh istəyirik, Ermənistanın qeyri-konstruktiv mövqeyi buna imkan vermir»-deyə baş nazir bildirib.


Rusiya mənbələrindən «Azadlıq» radiosuna bildiriblər ki, Artur Rasizadəylə görüşdə iki məsələ-Azərbaycan hərbi kadrlarının Rusiyada təlim keçməsi və hərbi texnikanın Rusiya müəssisələrində təmiri barədə razılıq əldə olunub.


Günün bütün mövzuları

XS
SM
MD
LG