Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:59

Polisin saxladığı «Dalğa»çılar sərbəst buraxılıb


Əraziyə gətirilən 30-a yaxın polis aksiyaya imkan verməyib
Əraziyə gətirilən 30-a yaxın polis aksiyaya imkan verməyib

Noyabrın 28-də «Dalğa» Gənclər Hərəkatı Milli Parkda Bakının ekoloji durumuna etiraz olaraq velosipedsürmə aksiyası keçirməyə cəhd edib. Aksiyanın tələbi paytaxt küçələrində velosiped yollarının və dayanacaqlarının yaradılmasıdır. Aksiyada «Avtomobilini evdə qoy», «Daha sağlam səyahət», «Daha az benzin, daha sağlam həyat» şüarlarının səsləndirilməsi planlaşdırılırdı.


«Dalğa»nın rəhbəri Vəfa Cəfərova «Azadlıq» radiosuna bildirib ki, gənclər Bakının mərkəzində velosiped sürməklə gündən-günə artan tıxacların ekoloji duruma olduqca mənfi təsir göstərdiyini vurğulamaq istəyir: «Artıq bir aydır tələbələr arasında Bakıda velosiped yollarının yaradılması tələbilə imzatoplama aksiyası keçiririk. Artıq minə yaxın imza toplanıb. Aksiyanı velosiped marafonu ilə başa vuraraq vətəndaşların diqqətini ekoloji yöndən təmiz olan bu nəqliyyat növünə cəlb etmək istəyirik».


Aksiyanın başlanmasına 5 dəqiqə qalmış polis Vəfa Cəfərli ilə bərabər daha dörd «Dalğa»çını saxlayaraq Yasamal Rayon Polis İdarəsinin 9-cu bölməsinə aparıb.


Aksiyanın qalan üzvləri isə velosipedlə ərazidən uzaqlaşdıqlarına görə polis onları saxlaya bilməyib. Bundan sonra təxminən 30-a yaxın polis ərazini nəzarətə götürüb.


Polis bölməsində gənclərin inzibati xətalara yol vermələrilə bağlı protokol tərtib olunub və onlardan sənədi imzalamaları tələb olunub. «Dalğa»nın üzvləri isə heç bir xətaya yol vermədiklərindən sənədi imzalamaqdan imtina ediblər. Vəfə Cəfərli «Azadlıq» radiosuna bildirib ki, polis onlarla olduqca kobud davranıb.


İnsan haqları müdafiəçiləri Səidə Qocamanlı və Arzu Abdullayeva polis bölməsinə gələrək gənclərin buraxılmasını tələb etsələr də, hələlik polis hərəkat üzvlərini sərbəst buraxmayıb. Son məlumata görə, piketçilər sərbəst buraxılıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG