Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:45

Annapolis konfransı nə vəd edir?


Buş administrasiyası Annapolis konfransına böyük ümidlər bəsləyir

Buş administrasiyası Annapolis konfransına böyük ümidlər bəsləyir

İsrail və Fələstin hərtərəfli sülh razılaşması əldə etmək üçün birbaşa danışıqlar aparmaq haqqında razılığa gəliblər. Bunu ABŞ prezidenti Corc Buş Vaşinqton yaxınlığında Annapolis şəhərində keçirilən Yaxın Şərq Sülh konfransının açılışında deyib.


Onun sözlərinə görə hər iki tərəf 2008-ci ilin sonuna qədər sülh razılığına gəlmək üçün hər cür cəhd göstərəcəklərinə söz veriblər. Buş bildirib ki, burda məqsəd İsraillə yanaşı sülh şəraitində Fələstin dövlətinin də mövcud olmasıdır.


Buş administrasiyası Annapolis konfransına böyük ümidlər bəsləyir. Hələ konfrans ərəfəsində Amerika prezidenti deyib: «Bizim əsas məqsədimiz budur ki, iki demokratik dövlət - İsrail və Fələstin yanaşı sülh və təhlükəsizlik şəraitində yaşaya bilsin. Bu məqsədə çatmaq üçün İsrail və Fələstin rəhbərliyindən çətin kompromislərə getmək tələb olunur».


İstər-istəməz belə bir sual meydana çıxır - nəyə görə Buş hökuməti 7 ildir elə də yaxından maraqlanmadığı bir münaqişənin həlli üçün indi bu qədər səy göstərir?

Amma konfransın uğuru üçün Fələstin və İsrail rəhbərlərindən asılı olmayan məqamlar da var. Və müşahidəçilərin fikrincə, məhz kənar təsirlər üzündən bu konfransda hansısa razılaşmanın imzalanmasından daha çox prosesin davam etdirilməsini gözləmək daha düzgün olardı.


İstər-istəməz belə bir sual meydana çıxır - nəyə görə Buş hökuməti 7 ildir elə də yaxından maraqlanmadığı bir münaqişənin həlli üçün indi bu qədər səy göstərir?


Müşahidəçilərin fikrincə, bunun əsas səbəbi Vaşinqtonun Tehranın bölgədəki nüfuzunu zəiflətmək istəyidir. Yaxın Şərq münaqişəsi İran və Suriya kimi islamçı rejimlərin «Həmas», həmçinin «Hizbullah» kimi qrupları dəstəkləməsinə əlavə imkanlar yaradır. İranın dəstəklədiyi «Həmas» hazırda Fələstinin bir hissəsində - Qəzza sektorunda vəziyyətə nəzarət edir. Yenə də İran və Suriyanın maliyyələşdirdiyi «Hizbullah» isə Livanda vəziyyətin sabitləşməsinə imkan vermir.


Bu üzdən müşahidəçilər fikirləşirlər ki, konfransı təşkil edən Amerika ərəb ölkələri və Suriyanın da bu konfransa qatılmasına nail olmaqla, faktiki olaraq İranı oyundan kənar vəziyyətdə qoyub.


O ki qaldı İrana… Rəsmi Tehran heç vaxt İsrailin bir dövlət kimi mövcudluğu haqqını tanımayıb. Buna görə də hər vəchlə Yaxın Şərqdə sülhün yaranmasında, eləcədə Livanda qərbmeyli demokratik sistemin qurulmasının əleyhinədir.


Müşahidəçilər iddia edirlər ki, Amerika bu amilləri nəzərə alır. Fələstinlə İsrail arasında münaqişəni həll etməklə Ağ ev həm Suriyanın, həm də digər ərəb ölkələrinin İsraillə münasibətlərinin düzələcəyinə ümid edir. İraqın Amerikanın nəzarətində olduğunu nəzərə alanda, Vaşinqton Tehranı faktiki olaraq təcrid etmiş olacaq.


XS
SM
MD
LG