Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:04

«Azərbaycanın razılığı olmadan Qəbələ RLS-lə bağlı qərar qəbul edilə bilməz»


Rusiya müdafiə nazirinin bu gün Qəbələ RLS-ə gedəcəyi gözlənilir

Rusiya müdafiə nazirinin bu gün Qəbələ RLS-ə gedəcəyi gözlənilir

Azərbaycanın razılığı olmadan heç bir ölkə Qəbələ RLS-lə bağlı qərar qəbul edə bilməz. Bunu Azərbaycanın müdafiə naziri Səfər Əbiyev rusiyalı həmkarı Anatoli Serdyukovla görüşdə deyib.


İki nazir gələn il tərəflər arasında hərbi əməkdaşlıq barədə protokol imzalayıb, əlaqələrin inkişafını müzakirə ediblər.


Görüşdə Ermənistan-Azərbaycan Qarabağ münaqişəsi, Rusiyanın Gürcüstandakı hərbi bazanı Ermənistana köçürülməsi məsələləri də müzakirə olunub.


Anatoli Serdyukovun bu gün Qəbələ RLS-ə gedəcəyi gözlənilir.


Rusiya Şərqi Avropada raketdən müdafiə sistemləri yerləşdirməyin əvəzində ABŞ-a Qəbələ RLS-dən istifadəni təklif edir. Amerikalı ekspertlərsə Qəbələnin Avropada quraşdırılacaq raketdən müdafiə sistemlərini əvəz etməyəcəyini bildiriblər.


Günün bütün mövzuları

XS
SM
MD
LG