Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:05

Müxalifətçinin aclıqdan öldüyü təsdiqləndi


Hüquq müdafiəçiləri onun məhz müxalifətçi olduğuna görə həbs edildiyini bildirirlər

Hüquq müdafiəçiləri onun məhz müxalifətçi olduğuna görə həbs edildiyini bildirirlər

Azərbaycan Demokrat Partiyasının sabiq fəalı Faina Kunqurova təcridxanada da, müalicə müəssisəsində də qida qəbulundan imtina edibmiş. İlkin məlumata görə, qidadan imtina edən Kunqurova yalnız vəziyyəti ağırlaşanda tibbi yardıma icazə verib. Bundan sonra isə həkimlər onun həyatını xilas edə bilməyib. Məlumatı «Turan»a Nizami Rayon Prokurorunun köməkçisi Eldar Rəhimov verib.


Keçmiş ADP-çi noyabrın 18-də Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin müalicə müəssisində vəfat edib. Onun ölümü ilə bağlı hazırda araşdırma aparılır.


Kunqurova oktyabrın əvvəllərində külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib. Amma Azərbaycanın insan haqları müdafiəçiləri isə rəsmi versiya ilə razılaşmırlar. Hüquq müdafiəçiləri bildirir ki, onu qanunsuz narkotik dövriyyəsinə görə deyil, məhz müxalifətçi olduğuna görə həbs ediblər.


Günün bütün mövzuları

XS
SM
MD
LG