Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:32

Prezidentliyə namizədlərin sayı 20-ni keçir


Levan Qaçeçiladzenin tərəfdarları noyabrın 25-də Tbilisidə aksiya keçiriblər

Levan Qaçeçiladzenin tərəfdarları noyabrın 25-də Tbilisidə aksiya keçiriblər

Gürcüstan prezidentliyinə namizədlərin sayı 22-yə çatır. Birləşmiş müxalifətin - Milli Şuranın namizədi Levan Qaçeçiladze, müxalifəti maliyyələşdirən milyonçu Badri Patarkatsişvili, yeni sağçıların lideri Davit Qamkrelidze, Əmək Partiyasının başçısı Şalva Natelaşvili də namizədlər arasındadır.


Prezident Mixail Saakaşvili də namizədliyini irəli sürmək üçün istefaya gedib: «Noyabrın 26-dan seçki kampaniyasına başlayırıq. Mənim səlahiyyətlərim 40 günlüyə spikerə verilir. Prezident seçkisində iştirak edəcəm».


Milli Şuranın vahid namizədi Levan Qaçeçiladzenin tərəfdarları noyabrın 25-də Tbilisidə kütləvi aksiya keçiriblər. Müxalifətçilər «İmedi» telekanalının yayımının bərpa olunmasını tələb ediblər. Sözügedən kanal noyabrın 7-də, müxalifətin mitinqi dağıdılandan sonra bağlanıb.


Aksiya zamanı Qaçeçiladze Burcanadzeyə müraciət edib, onu prezident səlahiyyətlərindən istifadə etməyə, müxalifətin tələblərinə cavab verməyə çağırıb: «Biz Nino Burcanadzenin təcili addım atmasını, «İmedi» televiziyasının yayımını bərpa etməsini, başqa televiziyalara təzyiqləri dayandırmasını, camaatı həbsdən buraxmasını istəyirik. Yoxsa, biz eyni addımı atacaq, Burcanadzeni də qovacağıq».


«İmedi» bağlanandan sonra iki tanınmış jurnalist televiziyanı tərk edib. Onlardan biri - İnqa Qriqoliya hətta prezident Saakaşviliylə uzun bir müsahibə hazırlayıb. Müsahibə noyabrın 25-də «Rustavi-2» kanalında efirə gedib. «Rustavi-2» «İmedi»nin əsas rəqibi idi.


Müsahibəsində Saakaşvili «İmedi»ni bağlamaqlarına bəraət qazandırıb, deyib ki, sözügedən kanal «yalan maşını» olub. Saakaşvilinin dediyinə görə, «İmedi»nin yayımı yalnız bir halda bərpa oluna bilər; kanal müxalifətçi biznesmen Badri Patarkatişvilinin əlində vasitə olmayacağına təminat verməlidir.


Günün bütün mövzuları

XS
SM
MD
LG