Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:20

İçərişəhərlə bağlı yeni layihələr ictimai müzakirəyə çıxarılmalıdır


Hazırda İçərişəhərdə 4,5 min adam yaşayır

Hazırda İçərişəhərdə 4,5 min adam yaşayır

«Əfsuslar olsun ki, son bir neçə ildə İçərişəhərin qorunma siyasətinin olmaması və çoxsaylı yeni tikinti layihələri şəhərə mənfi təsir göstərib».


Bunu ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders noyabrın 26-da səfirliyin təşkil etdiyi «Gözdən itən Bakı» foto sərgisinin qaliblərinin mükafatlanma mərasimində bəyan edib.


Xanım Ders xatırladıb ki, 2003-cü ildə İçərişəhər UNESKO tərəfindən təhlükə altında olan şəhərlər siyahısına salınıb: «Dünyanın bir çox digər şəhərləri kimi Bakı da sürətlə böyüyür və qədim irsin qorunması ilə yeni tikinti arasında tarazlığı artırır. Həmişə mürəkkəb olan bu məsələ xüsusilə indi Bakının ikinci neft bumunun yaşadığı bir zaman daha da mürəkkəbləşib».


Səfir hesab edir ki, İçərişəhərlə bağlı hər hansı yeni layihələr diqqətlə nəzərdən keçirilməli və ictimai müzakirəyə çıxarılmalıdır.


İçərişəhər Dövlət Tarix və Memarlıq Qoruğu idarəsinin rəisi Kamran İmanov «Azadlıq» radiosuna bildirib ki, İçərişəhərlə bağlı dövlət siyasəti yarım ildir həyata keçirilir. Belə ki, qoruq ərazisində qanunsuz tikintilər dayandırılıb, bəziləri isə ləğv edilib. Şəhərdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.


«İçərişəhər açıq səma altında muzey deyil. Bu, abidələr toplusu olsa da canlı şəhərdir və orada kommunikasiya problemləri var».


Hazırda İçərişəhərdə 4,5 min adam yaşayır.


Günün bütün mövzuları

XS
SM
MD
LG