Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:11

Söz Azadlığını Müdafiə Komitəsi mitinqin vaxtını dəyişdirdi


Prezidentdən kütləvi aksiya keçirmək hüququnun təmin olunması tələb edilir

Prezidentdən kütləvi aksiya keçirmək hüququnun təmin olunması tələb edilir

Söz Azadlığını Müdafiə Komitəsi dekabrın 9-na təyin etdiyi mitinqi bir gün öncə-dekabrın 8-də keçirəcək. Həmin günə planlaşdırılan beynəlxalq konfransın isə dekabrın 9-da olması gözlənilir.


Tədbirlərin yerdəyişməsi ilə bağlı qərar qurumun noyabrın 26-da keçirilən toplantısında verilib. Buna səbəb dekabrın 9-da başqa bir təşkilatın da Ukrayna meydanında aksiya keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməsidir.


Məlumatı «Azadlıq» radiosuna mitinqlə bağlı yaradılmış işçi qrupun rəhbəri Eldar Namazov verib. Onun sözlərinə görə, işçi qrup artıq son qərarla bağlı meriyaya rəsmi şəkildə müraciət edib.


«Belə halla altı ay əvvəl də rastlaşmışdıq. Ona görə də meriyaya məktub göndərdik ki, təbirlərin vaxtını dəyişirik. Biz istəyirik bu mitinq baş tutsun. Çalışırıq maneələri də aradan götürək».


Komitə üzvləri prezidentə də müraciət hazırlayıblar. Onlar Şəhər İcra Hakimiyyətinin mitinqlərin keçirilməsinə məhdudiyyətlər qoymasını pisləyir. Dövlət başçısından Konstitusiyanın vətəndaşlara verdiyi hüququn - kütləvi aksiya keçirmək hüququnun təmin edilməsini tələb edirlər.


Komitə söz azadlığını müdafiə məqsədilə yaradılıb. Orada ictimai təşkilatlar, redaktorlar, hüquq müdafiəçiləri və siyasətçilər təmsil olunur.


Hazırda Azərbaycanda 9 jurnalist həbsdədir.


Günün bütün mövzuları

XS
SM
MD
LG