Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:36

«Enerji istehsal edən ölkələr BMT çərçivəsində şəffaflıq təşəbbüsünə qoşulsunlar»


Azərbaycan təklif edib ki, enerji istehsal edən ölkələr BMT çərçivəsində şəffaflıq təşəbbüsünə qoşulsunlar. Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Xəzər İbrahim ənənəvi mətbuat konfransında məlumat verib.


Sentyabrda BMT-nin 62-ci sessiyasında Xarici İşlər naziri Elmar Məmmədyarov «İstehsal edən sənayelərdə şəffaflıq təşəbbüsü» adlı qətnamə layihəsi irəli sürüb.


Gələn həftə Nyu-Yorkda Azərbaycan nümayəndələrinin də iştirakı ilə məsələ ətrafında müzakirə aparılacaq.


XİN rəsmisi vurğulayıb ki, Bakı bu qətnamənin qəbulu üçün bir çox ölkələrlə danışıq aparır.


Günün bütün mövzuları

XS
SM
MD
LG