Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:17

Qərb müxalifət liderlərinin həbsindən narahatdır


«Razı Olmayanların Yürüşü», Moskva, 24 noyabr 2007

«Razı Olmayanların Yürüşü», Moskva, 24 noyabr 2007

Avropa Şurası Rusiyada müxalifət liderləri - Harri Kasparov, Boris Nemtsov və onların tərəfdarlarının həbsindən ciddi narahatdır. Onlar həftəsonu Moskva və Sankt-Peterburqda keçirilən «Razı Olmayanların Yürüşü» zamanı saxlanıblar.


Avropa Şurasının (AŞ) Baş katibi Terri Devisin bəyanatında deyilir ki, Rusiya Avropa İnsan Haqları Konvensiyasını imzalamış qurumun üzvü kimi, vətəndaşların toplaşma və ifadə azadlığı ilə bağlı hüquqlarına riayət etməyə borcludur.


AŞ Rusiya hökumətini seçicilərin hüquqlarını pozmamağa və Dövlət Dumasına dekabrın 2-nə təyin olunan seçkilərin azad və ədalətli keçirilməsini təmin etməyə çağırır.


Birləşmiş Ştatlar da hökumət əleyhinə nümayişlərə münasibətdə Rusiya hakimiyyətinin addımlarından və müxalif liderlərinin həbsindən narahatlıq bildirib.


Dövlət Departamentini xüsusilə narahat edən odur ki, ötən şənbə Moskva milisi nümayişçilərə qarşı aqressiv taktikadan istifadə edib. Vaşinqton hakimiyyəti vəkillərin Harri Kasparovla görüşünü təmin etməyə çağırır.


Noyabrın 25-də Moskva məhkəməsi Harri Kasparovu 5 sutka inzibati cəzaya məhkum edib. O, ötən şənbə etiraz aksiyaları zamanı mitinqlərin keçirilməsi qaydalarını pozmaqda və milis əməkdaşlarına müqavimətdə təqsirləndirilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG