Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:28

Tələbələr hüquq müdafiəçilərini tənqid edir


«Onların məruz qaldığı təzyiq və təqiblərə baxmayaraq hüquq müdafiəçiləri susmağa üstünlük verirlər»
«Onların məruz qaldığı təzyiq və təqiblərə baxmayaraq hüquq müdafiəçiləri susmağa üstünlük verirlər»

İranın müxtəlif vilayətlərində yerləşən 20-dən çox universitetin cəmiyyətləri hüquq müdafiəçilərinin həbsdəki azərbaycanlı tələbələrin taleyinə biganə qalmasını pisləyən bəyanat veriblər. Noyabrın 23-də yayılmış sənəddə deyilir ki, İranda tələbə hərəkatının əsas sütununu təşkil edən azərbaycanlı tələbələr 2006-cı ilin may-iyun qiyamından sonra daha da güclənib və yüksək mübarizə təcrübəsinə yiyələniblər: «Ötən il 50 azərbaycanlı tələbənin inzibati komitələrə və məhkəmələrə cəlb edilməsi və həbsə salınması buna sübutdur».


Bəyanatda daha sonra bildirilir ki, azərbaycanlı tələbələr fəaliyyətlərinin əsas istiqamətini milli hüquqların təmin olunmasına yönəldiblər: «Onların məruz qaldığı təzyiq və təqiblərə, həbs, sıxıntı və məhrumiyyətlərə baxmayaraq hüquq müdafiəçiləri susmağa üstünlük verirlər. Biz milli kimlikləri uğrunda mübarizə aparan azərbaycanlı tələbələrin həbsə salınmasını pisləyir və onları himayə etdiyimizi bildiririk».


Bəyanatı imzalayan tələbə təşkilatlarının bir neçəsi İran Azərbaycanından olsa da, çoxu fars və başqa azlıqların yaşadığı vilayətlərdəndir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG