Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:53

Moskvada 100-dən çox nümayişçi saxlanıb


Moskvada «Razı Olmayanların Yürüşü», 24 noyabr 2007

Moskvada «Razı Olmayanların Yürüşü», 24 noyabr 2007

Noyabrın 24-də Moskvada müxalifətin keçirdiyi nümayişdə 100-dən çox adam tutulub.


Onlar arasında «Başqa Rusiya» koalisiyasının liderləri - Harri Kasparov və Eduard Limonov, hüquq müdafiəçisi Lev Ponomaryov da var.


Nümayişçilər milis mühasirəsini yarıb, Mərkəzi Seçki Komissiyasının (MSK) binasına tərəf yürüməyə cəhd ediblər. Amma hakimiyyət yalnız nümayişə icazə vermişdi, yürüşə yox.


Buna baxmayaraq, müxalifətçilərin dediyinə görə, onlar MSK-ya müraciət təqdim etməyə müvəffəq olublar. Müraciətdə deyilir ki, dekabrın 2-ə təyin olunan parlament seçkiləri demokratiya prinsiplərinə cavab vermir.



















Günün bütün mövzuları

XS
SM
MD
LG