Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:52

«İran Azərbaycanla əlaqələrinin inkişafında heç bir məhdudiyyət tanımır»


«Gəlmişdim deyim ki, İran keçmişə söykənərək həmişə Azərbaycanın yanındadır»

«Gəlmişdim deyim ki, İran keçmişə söykənərək həmişə Azərbaycanın yanındadır»

«İlham Əliyevə izah etdim ki, İran Azərbaycanla əlaqələrinin inkişafında heç bir məhdudiyyət tanımır».

Bunu Bakıya səfərini başa vuran İran Parlamentinin - İslam Şurası Məclisinin sədri Qulaməli Həddad Adeli noyabrın 24-də Bakı Dövlət Universitetində çıxışı zamanı bildirib.


Cənab Adeli deyib ki, İran qonşuluğundakı Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində maraqlıdır və iki ölkənin əlaqələri yüksək səviyyədədir:


«Gəlmişdim deyim ki, İran keçmişə söykənərək həmişə Azərbaycanın yanındadır və hər zaman Azərbaycanı müdafiə edəcək. Azərbaycanın şadlığı İranın şadlığıdır. Azərbaycanın pərişanlığı İranın pərişanlığıdır».


Cənab Adeli onu da vurğulayıb ki, «kənar qüvvələr» Bakı-Tehran münasibətlərinə xələl gətirmək istəyirlər, amma bu, baş tutmayacaq.


İran parlamentinin sədri noyabrın 23-dən Bakıda səfərdədir. Noyabrın 24-də ona BDU-da «Fəxri doktor» adı veriblər. Adeli deyib ki, o, bundan sonra da dünyada sülhün qorunmasına çalışacaq.


İran spikeri Bakıdan Gəncəyə gedib. Orada Nizami Məqbərəsini ziyarət edəcək və sonra ölkəsinə qayıdacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG