Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:54

Çimərliklərə də metro çəkiləcək


Yerüstü metronun 1 kilometrinin çəkilişi 17-20 milyon dollara başa gəlir
Yerüstü metronun 1 kilometrinin çəkilişi 17-20 milyon dollara başa gəlir

Bu yaxınlarda 40 yaşını qeyd edən Bakı metropolitenində yaxın illərdə yeni stansiyalar tikiləcək. Bu haqda «Azadlıq» radiosunun «Can Bakı» verilişinin qonağı Tikilməkdə olan Bakı Metropoliteni müdiriyyətinin rəisi Arif Rəsulov məlumat verib.


O, bildirib ki, gələcəkdə əhalinin sıx yaşadığı zonalara da metro çəkiləcəyi nəzərdə tutulub. Özü də yerin altı ilə yox, üstü ilə. Nəzərdə tutulub ki, Rəsulzadə qəsəbəsinədək metro stansiyası yerin altı ilə, Binəqədi, Novxanı, Corat və Sumqayıta qədər isə yerin üstü ilə çəkilsin.


«Belə olduqda həm şəhərə gələn xarici qonaqlara gözəl yerlərimizi göstərmək imkanı qazanacağıq, həm də yerüstü metronun tikintisi daha ucuz başa gələcək».


Yeraltı metronun 1 kilometrinin çəkilişi 60 milyon dollara başa gəlirsə, yerüstü metroda bu rəqəm 17-20 milyon dollardır.


Hazırda Bakı metropolitenində mövcud olan iki xətt gələcəkdə ayrılacaq və əlavə olaraq bir dairəvi xətt formalaşacaq. Arif Rəsulov deyir ki, xətlərdən biri Sabunçu, Ramana və Bülbülədən keçməklə H.Əliyev adına Hava limanınadək çəkiləcək. Xətlər ayrılandan sonra sərnişinlər «28 may» metro stansiyasında düşüb növbəti qatarı gözləməyəcəklər. «Cəfər Cabbarlı» stansiyasına keçib xətti dəyişdirəcəklər. Bundan sonra qatarlar arasında interval ən çoxu 2 dəqiqə olacaq.


Gediş haqqına gəlincə, müdiriyyət rəisi Arif Rəsulov söylədi ki, hələlik metro haqlarının artımı nəzərdə tutulmayıb: «Hazırda hər gün metro 650 min sərnişin daşıyır. Onların hər birinin daşınması 35 qəpiyə başa gəlir. Metro dövlət dotasiyası hesabına işləyir. Əgər bu haqq dövlət tərəfindən ödənilsə, biz sərnişinləri lap pulsuz da daşımağa hazırıq».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG