Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:13

«Azərbaycanın siyasi səhnəsində artıq ənənəvi müxalifətin yeri yoxdur»


«Heç kim bizi nəyisə etməyə məcbur edə bilməz»

«Heç kim bizi nəyisə etməyə məcbur edə bilməz»

Prezident İlham Əliyev noyabrın 22-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) 15 illiyinə həsr olunmuş ziyafətdə belə deyib.


«Müxalifətin siyasi meydanı daralıb. Nəyin hesabına? Bizim işlərimizin hesabına. Bizim apardığımız siyasətin hesabına. Haraya baxsan, Azərbaycanın inkişafında istənilən məsələyə baxsaq, bütün sahələrdə bizim uğurlarımız göz qabağındadır».


Prezident Azərbaycan xalqının müxalifətə «çoxdan «Yox!» dediyini» vurğulayıb: «Onlar öz fəaliyyətini davam etdirmək üçün hərdənbir müsahibələr verirlər, bir-biri ilə görüşürlər, bir-biri ilə savaşırlar».



«Bizə qarşı heç kim öz iradəsini yeridə bilməz. Heç kim bizi nəyisə etməyə məcbur edə bilməz. Heç kim öz iradəsini bizə diktə edə bilməz»

İlham Əliyev daha sonra bildirib: «Artıq dörd ildir ki, öz iş otaqları da olmayan, evlərdə fəaliyyət göstərən - siyasi qüvvələrin nümayəndələri hansı dəstəyə ümid edə bilər? Yəni bu bir illüziyadır, yaxud da görüntü yaratmaq cəhdi və bəzi beynəlxalq qurumların onlara verdiyi dəstək onların mövcudluğunu davam etdirir. Amma belə mövcudluqdansa, məncə, siyasi fəaliyyət göstərməmək daha da şərəfli olardı».


Prezident YAP-ın üzvlərinin sayının 400 mini keçdiyini və «böyük siyasi qüvvə»yə çevrildiyini bildirib: «Biz bu gün Azərbaycan cəmiyyətinin bütün təbəqələrini birləşdirən partiyayıq. Biz bu gün nəinki Azərbaycanın, bölgənin ən güclü siyasi qüvvəsiyik».


İlham Əliyev yerli icra strukturları ilə YAP təşkilatları arasında ziddiyyətlərin yarandığından xəbərdar olduğunu diqqətə çatdırıb: «Bütün yerli icra hakimiyyəti başçılarını o vəzifəyə Prezident təyin edir və Prezident, eyni zamanda, Yeni Azərbaycan Partiyasının sədridir. Təbiidir ki, Yeni Azərbaycan Partiyası və yerli icra orqanlarının nümayəndələri birlikdə olmalı, bir-birinə kömək etməli və birlikdə çalışmalıdırlar. Mən bilirəm, bəzi hallarda müəyyən qısqanclıq olur, müəyyən ziddiyyətlər yaranır. Mən buna imkan verə bilmərəm. Harada belə hadisə olarsa, hər ikisi cəzalandırılacaqdır. Biz imkan verə bilmərik ki, bizim iqtidar nümayəndələri hansısa bir xırda məsələdə problemlər yaratsınlar. Ona görə mən bu məsələyə xüsusilə toxunmaq istəyirəm».


Dövlət başçısı bir sıra məsələlərdə bəzi beynəlxalq təşkilatların Azərbaycan hökumətinə təzyiqlərindən də söz açıb. O, bildirib: «Biz tam şəkildə müstəqilik. Bizə qarşı heç kim öz iradəsini yeridə bilməz. Heç kim bizi nəyisə etməyə məcbur edə bilməz. Heç kim öz iradəsini bizə diktə edə bilməz».


Günün bütün mövzuları

XS
SM
MD
LG