Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:56

Qənimət Zahidin apellyasiya şikayəti təmin edilmədi


Qənimət Zahid noyabrın 11-də iki aylığa həbs olunub

Qənimət Zahid noyabrın 11-də iki aylığa həbs olunub

Noyabrın 22-də Bakı Apellyasiya Məhkəməsində «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin apellyasiya şikayətinə baxılıb. Qapalı keçən prosesdə baş redaktorun şikayəti təmin edilməyib.


Qənimət Zahidin həbsi haqda qərarın ləğvi ilə bağlı apellyasiya şikayətinə baxış noyabrın 21-də olmalı idi. Ancaq baş redaktorun və digər münaqişə tərəfi Vüsal Həsənovun prosesə gətirilməməsi məhkəmənin təxirə salınmasına səbəb olmuşdu.


Vəkilləri baş redaktorun həbsinin qanunsuz olduğunu və buna görə də onun barəsində seçilmiş iki aylıq həbs-qətimkan tədbirinin ləğvini və azadlığa buraxılmasını istəyirdilər.


Qənimət Zahidin həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatəti isə noyabrın 21-də təmin edilməyib. Jurnalistin vəkili Rəşid Hacılı deyir ki, onlar bu qərardan apellyasiya şikayəti verəcəklər.


Vəsatətdə 11 min manat girov müqabilində baş redaktorun həbs-qətimkan tədbirinin dəyişdirilməsi xahiş olunurdu.


«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid noyabrın 11-də iki aylığa həbs olunub. Ona qarşı xuliqanlıq və az ağır xəsarət yetirmə ittihamları irəli sürülüb.


Günün bütün mövzuları

XS
SM
MD
LG