Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:10

İngiltərə matəm, Rusiya sevinc içindədir


Qitə birinciliyinin final mərhələsinə qatılacaq bütün yığmalar bəlli oldu
Qitə birinciliyinin final mərhələsinə qatılacaq bütün yığmalar bəlli oldu

Noyabrın 21-də Avropa çempionatı 2008-in final mərhələsinə çıxmaq uğrunda son mərhələnin oyunları keçirilib. Ən gözlənilməz nəticə E qrupunda qeydə alınıb. Uemblidə Xorvatiyanı qəbul edən İngiltərə millisi 3-2 hesabı ilə məğlub olaraq Avstriya və İsveçrədə keçiriləcək qitə birinciliyinə qatılmaq imkanından məhrum olub. Səfərdə Andorranı məğlub edən Rusiya yığması qrupda ikinci yeri tutan növbəti finalçı olub.


A qrupunda öz meydanında Finlandiya ilə qolsuz heç-heçə edən Portuqaliya millisi qrupda Polşanın ardından qitə birinciliyinə vəsiqə əldə edib. C qrupunda Bosniyanı məğlub edən Türkiyə, F qrupunda Latviyanı məğlub edən İsveç milliləri də Avropa çempionatına qatılacaq.


Beləliklə, gələn il Avstriya və İsveçrədə keçiriləcək qitə birinciliyinin final mərhələsində meydan sahibləri ilə yanaşı Polşa, Portuqaliya (A qrupu), İtaliya, Fransa (B qrupu), Yunanıstan, Türkiyə (C qrupu), Çexiya, Almaniya (D qrupu), Xorvatiya, Rusiya (E qrupu) İspaniya, İsveç (D qrupu) Rumıniya və Hollandiya (G qrupu) milliləri də oynayacaq.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG