Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:38

İnsan hüquqlarının müdafiəsi ilə bağlı mitinqin vaxtı dəyişdirilib


İnsan hüquqlarının müdafiəsi ilə bağlı planlaşdırılan mitinqin vaxtı dəyişdirilib. Noyabrın 21-də Söz Azadlığını Müdafiə Komitəsi aksiyanın dekabrın 9-da «Ukrayna» dairəsində keçirilməsi barədə qərar qəbul edib.


«Turan»ın məlumatına görə, qurumun rəhbəri Eldar Namazov aksiyanın gününün dəyişdirilməsini onun daha effektli olması ilə əsaslandırıb. Belə ki, onun fikrincə, bazar günü, dekabrın 9-da mitinqin keçirilməsi kütləvilik baxımından daha effektli olacaq.


Aksiyanın keçirilməsi haqda müraciət Bakı Şəhər İcra Hakimiyyətinə bir sıra təşkilatlardan göndəriləcək. Onların arasında «Azərbaycan Naminə» Alyans, İnsan Hüquqları üzrə Monitorinq Qrupu, «Turan» İnformasiya Agentliyi, «Dalğa» Gənclər Hərəkatı və s. var.
Namazov bildirib ki, aksiyada iştirak çağırışı bütün siyasi qurumlara göndəriləcək.


Bundan əvvəl mitinqin Ümumdünya İnsan Haqları Günündə - dekabrın 10-da keçirilməsi planlaşdırılırdı.


XS
SM
MD
LG