Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:27

Qənimət Zahid zaminə buraxılmadı


Vəkilləri baş redaktorun həbsinin qanunsuz olduğunu bildirirlər

Vəkilləri baş redaktorun həbsinin qanunsuz olduğunu bildirirlər

Qənimət Zahidin həbsi haqda qərarın ləğvi ilə bağlı apellyasiya şikayətinə baxış noyabrın 22-nə təxirə salınıb. Buna baş redaktorun və digər münaqişə tərəfi Vüsal Həsənovun prosesə gətirilməməsi səbəb olub. Q.Zahidin vəkilləri – Rəşid Hacılı və Osman Kazımovun vəsatətindən sonra proses noyabrın 22-i saat 15:00-a təxirə salınıb.


Vəkilləri baş redaktorun həbsinin qanunsuz olduğunu bildirirlər.


Noyabrın 21-də həmçinin Qənimət Zahidin həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatəti də təmin edilməyib. Yasamal Rayon Məhkəməsi bu haqda qərar çıxarıb. Vəkil Rəşid Hacılı deyir ki, onlar bu qərardan apellyasiya şikayəti verəcəklər.


Vəsatətdə 11 min manat girov müqabilində baş redaktorun həbs-qətimkan tədbirinin dəyişdirilməsi xahiş olunurdu.


«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid noyabrın 11-də iki aylığa həbs olunub. Ona qarşı xuliqanlıq və az ağır xəsarət yetirmə ittihamları irəli sürülüb.


Günün bütün mövzuları

XS
SM
MD
LG