Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:29

Dünyada QİÇS epidemiyasının azalması müşahidə olunur


Bu xəstəliyə yeni tutulanların sayı azalsa da, QİÇS xəstələrinin ümumi sayı artır
Bu xəstəliyə yeni tutulanların sayı azalsa da, QİÇS xəstələrinin ümumi sayı artır

Dünyada QİÇS epidemiyasının ildən-ilə azalması tendensiyası müşahidə olunur. Bu, Birləşmiş Millətlər Təşkilatının QİÇS-lə Mübarizə Agentliyi yaydığı son hesabatında etiraf edilir. BMT bunu olduqca yüksək qiymətləndirir.


Məlumatlara görə, bütün dünyada bu xəstəliyə yoluxanların sayı ötən illə müqayisədə 6,3 milyon nəfər azalıb, göstərici 39,5 milyondan 33,2 milyona düşüb.


Buna baxmayaraq, hesabata əsasən, sözügedən epidemiya hələ də bəşəriyyət üçün böyük bəla olaraq qalır. Bu həftənin təhlilləri xəbər verir ki, ötən il 2,1 milyon adam QİÇS-dən vəfat edib və hər gün 7000-ə yaxın adam bu xəstəliyə yoluxur.


Bu xəstəliyə yeni tutulanların sayı azalsa da, QİÇS xəstələrinin ümumi sayı artır, çünki HİV virusuna yoluxan insanların əksəriyyəti dərmanların sayəsində çox yaşaya bilirlər.


Agentliyə görə, hazırda infeksiya daşıyıcısı olan yeniyetmələrin faiz göstəricisi dəyişməyib, təxminən 0,8 faiz olaraq qalıb.


Harvard ictimai sağlamlıq məktəbinin eksperti Daniel Halperrin deyir ki, bu heç də o demək deyil ki, sözügedən epidemiya bəşəriyyəti tərk etməyə doğru gedir və biz artıq narahat olmaya bilərik. Ekspert qeyd edir ki, cənubi Afrikada 10-a yaxın ölkə var ki, orada vəziyyət hələ də qorxuludur.


QİÇS mütəxəssisləri isə ehtiyat edirlər ki, epidemiyanın azalmasına dair yayılan məlumatlar donorların bu sahəyə ayırdığı yardımların azalmasına səbəb ola bilər.


Misal üçün, sentyabr ayında QİÇS, Malyariya və Vərəmlə Mübarizə üzrə Dünya Fonduna yalnız 9,7 milyard dollar vəsait daxil olub, amma bunun 15-18 milyard dollar arasında olacağı gözlənilirdi.


«Epidemiyanın geniş yayıldığı ölkələr var ki, mübarizədə qalib gəlmək üçün onların hələ də böyük resurslara ehtiyacları var». Bunu isə Dünya QİÇS İttifaqının rəhbəri Pol Zeitçin deyib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG